7 EYOF idmançısına tibbi yardım göstərilib

  • 2019.07.24 09:22
  • 3024 Baxış
7 EYOF idmançısına tibbi yardım göstərilib
Ötən gün (23 iyul) "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 7 müraciət olub.
Medicina.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin verdiyi məlumatda bildirilir.

 

 
"Müraciətlərdən 6-sı xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yadım ediblər. 15 yaşlı macarıstanlı idmançı sağ qaşüstü nahiyəsinin kəsiyi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Yardım edildikdən sonra xəstəxanadan buraxılıb", - deyə məlumatda qeyd olunub.