89 yaşlı kişi nikaha girib

  • 2019.06.18 11:42
  • 4642 Baxış
89 yaşlı kişi nikaha girib

 

2018-ci ildə 50 və daha yuxarı yaşda nikaha daxil olan şəxslərin sayı 2810 nəfər olub.


 

Medicina.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən azvision.az -ın sorğusuna cavab olaraq bildirilib. Onlardan 1862 nəfəri kişi, 948 nəfəri qadın olub.

 

 

Qeyd edilib ki, ötən il 60 və daha yuxarı yaşda nikaha daxil olan şəxslərin sayı 917 nəfər olub, onlardan 707 nəfəri kişi, 210 nəfəri qadındır. 70 və daha yuxarı yaşda nikaha daxil olan şəxslərin sayı isə 205 nəfərdir.

 

Onlardan 188 nəfəri kişi, 17 nəfəri isə qadındır.

Bundan əlavə, ötən il nikaha daxil olan zaman ən yaşlı kişinin 89, ən yaşlı qadının isə 83 yaşı olub.

 

89 yaşlı kişi nikaha girib