9 ilansancma və 11 dərmandan zəhərlənmə faktı qeydə alınıb

  • 2019.06.18 12:38
  • 3508 Baxış
9 ilansancma və 11 dərmandan zəhərlənmə faktı qeydə alınıb

 

 Kliniki Tibbi Mərkəzə 9 ilansancma, 11 dərmandan zəhərlənmə ilə bağlı müraciət olub
İyun ayının əvvəlindən bu günə kimi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 9 nəfər ilan sancması ilə bağlı müraciət edib. Medicina.az xəbər verir ki, bu barədə "Report”a həmin şöbənin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib. İyunda şöbəyə daha 3 nəfər əqrəb sancması diaqnozu ilə müraciət edib. Şöbə müdiri bildirib ki, həmin şəxslərdən 3-nün vəziyyəti ağır olub: "Hazırda xəstəxanada bir nəfər müalicə alır. Vəziyyəti normaldır”. Baş toksikoloq bu müddət ərzində dərmandan zəhərlənənlərin sayının 11 nəfər olduğunu qeyd edib: "Onlardan ikisi azyaşlı olub. Yardım edildikdən sonra hamısı evə buraxılıb". "Sirkə turşusundan isə 3 nəfər zəhərlənib ki, onlara da ilk yardım edilib”, - Azər Maqsudov deyib.