Aslanpəncəsi həm qadın, həm də kişi xəstəlikləri üçün faydalıdır

  • 2019.07.25 13:59
  • 7702 Baxış
Aslanpəncəsi həm qadın, həm də kişi xəstəlikləri üçün faydalıdır
Qədim kitablardan birində yazılıb: "Xəstə bir ovuc aslanpəncəsini suya ataraq onu bir qədər qaynadıb içsin". İsveç botaniki Künze yazırdı: "Əgər bitki vaxtında və uzun müddət istifadə olunsa, qadın xəstəlikləri ilə əlaqədar əməliyyatların üçdə ikisinə ehtiyac olmaz". Medicina.az xəbər verir ki, dəniz səviyyəsindən min metrdən yüksək olan ərazilərdə bitən aslanpəncəsinin yarpaqlarının üzü sarımtıl yaşıl, altı daha çox gümüşü rəngdə olur. Onun 300-ə qədər növü var. Xristianlığın ilk illərində bitki Məryəm adı ilə tanınıb. Aslanpəncəsinin təzə yarpaqları və cavan zoğları kulinariyada salat və tərəvəz şorbalarının hazırlanmasında istifadə edilir. Qadın xəstəliklərində-uşaqlıq, süd və limfa vəzilərini onkoloji xəstəliklərdən qoruyur. İlkin mərhələdə müalicəvi təsir göstərir, sonrakı mərhələdə isə prosesləri zəiflədir. Kişilərdə prostat vəzi problemlərinin müalicə və profilaktikasında geniş istifadə edilir, prostat vəzin və böyrəklərin funksiyalarını normalaşdırır, yaranmış xəstəliklərindən sağalmanı sürətləndirir. Bitkinin yüksək dağlıq ərazilərdə bitən növü əsasən orqanizmin müxtəlif bölgələrində toplanan piylərə qarşı istifadə olunur. Qanda şəkərin səviyyəsini tənzimləyir və yuxusuzluq problemlərinə yardımçı olur. (azərtac)