Başqasının vurduğu uşağı həkimə aparırdı, özü öldü..

  • 2019.08.22 11:24
  • 6217 Baxış
Başqasının vurduğu uşağı həkimə aparırdı, özü öldü..
Quba rayonunda avtomobillə vurulan şəxsi xəstəxanaya çatdırmaq istəyən sürücü qəzaya düşərək ölüb. Medicina.az verir ki, hadisə Rustov kəndində baş verib. Belə ki, kənd ərazisində 2015-ci il təvəllüdlü Renat Mahir oğlu Orucəliyevi avtomobil vurub. Uşağı vuran sürücü isə hadisə yerindən qaçıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Emin Səfərəli oğlu Əzizov yaralı uşağı, uşağın anasını və nənəsini öz avtomobilinə mindirərək, Quba Rayon Mərkəzi Xəstəxanasına aparıb. Lakin yolda digər avtomobil tərəfindən vurulub. Nəticədə, 3 uşaq atası olan sürücü Emin Əzizov hadisə yerində, 4 yaşlı uşaq isə xəstəxanada ölüb. Uşağın anası və nənəsi ağır bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və hazırda onlar müalicə olunurlar. Faktla Quba Rayon Prokurorluğunda araşdırma aparılır. ** Baş verən avtomobil qəzası nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub. Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlar - Rustov kənd sakinləri 31 yaşlı Sevil Orucəliyeva, həyat yoldaşı 34 yaşlı Yaşar Kərimov, qayınanası 59 yaşlı Leysan Kərimovadır. Yaralıların hər üçü Quba MRX-nın travmatologiya şöbəsinə yerləşdiriliblər. Baş həkimin bildirdiyinə görə vəziyyətləri orta ağırdır.