Bu gün Səhiyyə işçilərinin peşə bayramı günüdür!

  • 2019.06.17 11:02
  • 7294 Baxış
Bu gün Səhiyyə işçilərinin peşə bayramı günüdür!


 


Bəşəriyyət üçün ən
vacib amil, lakin çox vaxt etinasız yanaşdığımız ən dəyərli sərvət
sağlamlıqdır. Sağlamlğımızın keşiyində isə məhz bu şərəfli peşənin sahibləri, yəni
tibb işçiləri dayanır.


 


 


Medicina.az xəbər
verir ki, Azərbaycanda tibbin inkişafı
daha çox XX əsrlə bağlıdır. Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı
ilə Səhiyyə Nazirliyi təşkil olunub.


 


Ümummilli lider Heydər Əliyev səhiyyə işçilərinin
xüsusi əməyini dəyərləndirərək onlar üçün peşə bayramı günü təsis edib.


 


2001-ci
il iyunun 4-də imzalanan Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə tibb
işçilərinin peşə bayramı günü kimi qeyd olunur.


 


Hazırda isə öz sənətini dərindən bilən, cəmiyyətin
sağlamlığının keşiyində duran minlərlə səhiyyə işçisi var.