Elmi Cərrahiyyə Mərkəzi növbəti səyyar elmi-praktiki konfranslar keçirib (FOTO)

  • 2019.06.19 10:06
  • 6709 Baxış
Elmi Cərrahiyyə Mərkəzi növbəti səyyar elmi-praktiki konfranslar keçirib (FOTO)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevinn sosial siyasətinin bir qolu olaraq xidmətin səviyyəsinin daima artırılması kimi göstərişləri rəhbər tutaraq akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi növbəti səyyar elmi-praktiki konfrans keçirib.
Bu barədə Medicina.az-a Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən məlumat verilib.

 

 
Belə ki, Azərbaycan Cərrahlar və Qastroenteroloqlar İctimai Birliyi akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Şamaxı rayon Mərkəzi Xəstəxanasının 14 iyun 2019-cu ildə Şamaxı şəhərində "Cərrahiyyənin aktual problemləri”nə həsr olunmuş regional elmi-praktiki konfrans keçirilib. Konfransda Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarının, həmçinin Elmi Cərrahiyyə Mərkəzinin ümumi cərrahları, anestezioloq və reanimatoloqları, kardioloqları, qastroenteroloq və terapevtləri kimi həkim- mütəxəssisləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru professor Rauf Ağayev ölkə prezidentinin xalqımızın sağlam həyat tərzi və rifahı halının yüksəldilməsi prinsiplərini daima diqqət mərkəzində saxladığını xüsusi vurğulayaraq, bu siyasətin tibb işçiləri tərəfindən hər zaman dəstəkləndiyini söylədi. Bu baxımdan səhiyyə naziri cənab Oktay Şirəliyevin göstərişi ilə respublikanın aparıcı tibb mütəxəssislərinin rayonlarımızın həkim mütəxəssisləri ilə vaxtaşırı təcrübə mübadiləsi keçirməsi, əhaliyə yerində konsultasiyalar etmələri böyük əhəmiyyət daşıyır. Bu konfrans əhaliyə tibbi yardımın yaxşılaşdırılması istiqamətində müxtəlif ixtisaslı həkimlərin bilik və peşə bacarıqlarının artırılmasında böyük rol oynayacağını natiq öz çıxışında bildirdi.

 

 

 
Sonra akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin aparıcı mütəxəssisləri prof. H.B.İsayev, prof. Ə.Ə.Məmmədov, prof. F.X Saidova, prof. N.S.Abışov, prof. Q.F.Müslümov, t.e.d. E.A.Rüstəmov, t.e.d. F.C.Həsənov, t.e.d. Z.T.Şirinov və t.ü.f.d. E.Ş.Əliyev tərəfindən həzm traktının, ürək-damar sistemi və anesteziologiya-reanimatologiyanın aktual problemlərini özündə əhatə edən maraqlı məruzələr konfrans iştirakçılarına çatdırılmışdır. Müzakirələr diskussiya şəklində geniş auditoriyanın iştirakı ilə başa çatıb, sonda sertifikatlar təqdim edilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil” proqramı çərçivəsində keçirilən elmi-praktiki konfransların əhəmiyyətini nəzərə alaraq akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi regionlarda vaxtaşırı bu səpgidə tədbirlər keçirir. Belə ki, "Azərbaycan Cərrahlar və Qastroenteroloqlar” İctimai Birliyi, akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Quba Müalicə Diaqnostika Mərkəzinin təşkilatçılığı ilə 15 mart 2019-cu ildə Quba şəhərində "Cərrahiyyənin aktual problemləri”nə həsr olunmuş regional elmi-praktiki konfrans keçirilib. Tədbirdə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının, həmçinin Elmi Cərrahiyyə Mərkəzinin ümumi cərrahlar, qastroenteroloqlar, anestezioloq və reanimatoloqlar, kardioloqlar, endokrinoloqlar və terapevtlər kimi həkim-mütəxəssisləri iştirak ediblər. Konfransı giriş sözü ilə açan akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev ölkə Prezidentinin xalqımızın sağlam həyat tərzi və rifah halının yüksəldilməsi prinsiplərini daima diqqət mərkəzində saxladığını xüsusi vurğulayaraq, bu siyasətin tibb işçiləri tərəfindən hər zaman dəstəkləndiyini söylədi. Bu baxımdan paytaxtda çalışan aparıcı tibb mütəxəssislərinin rayonlarımızın həkimləri ilə vaxtaşırı təcrübə mübadiləsi keçirmələri, əhaliyə yerində konsultasiyalar etmələri böyük əhəmiyyət daşıyır. Səhiyyə Nazirliyinin tövsiyəsi ilə bu səpgidə keçirilən konfransların əhaliyə tibbi yardımın yaxşılaşdırılması istiqamətində müxtəlif ixtisaslı həkimlərin bilik və peşə bacarıqlarının artırılmasında böyük rol oynayadığını natiq öz çıxışında bildirdi. Sonra akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin aparıcı mütəxəssisləri − prof. Ə.Ə.Məmmədov, prof. F.X Saidova, prof. N.S.Abışov, t.ü.e.d. E.A.Rüstəmov, t.ü.e.d. F.C.Həsənov, t.ü.e.d. Z.T.Şirinov və t.ü.f.d. İ.C.Heybətov tərəfindən həzm traktının, endokrinologiyanın, ürək-damar sistemi və anesteziologiya-reanimatologiyanın aktual problemlərini özündə əhatə edən maraqlı məruzələr konfrans iştirakçılarına çatdırııb.  
 

 

 
Elmi Cərrahiyyə Mərkəzi növbəti səyyar elmi-praktiki konfranslar keçirib (FOTO)
Elmi Cərrahiyyə Mərkəzi növbəti səyyar elmi-praktiki konfranslar keçirib (FOTO)