Çempion üzgüçü suda batan kişini xilas etdi

  • 2019.07.10 10:08
  • 4275 Baxış
Çempion üzgüçü suda batan kişini xilas etdi
İtaliyalı üzgücü Filippo Manyini suda batan kişini xilas edib. Medicina.az-ın xarici mətbuata istinadən xəbərinə görə, 37 yaşlı idmançı Kalyari şəhəri yaxınlığındakı Kala Sintsias çimərliyində istirahət etdiyi vaxt kömək istəyən şəxsin səsini eşidib. 45 yaşlı Andrea Benedetto batmaq üzrə olarkən Manyini cəld ona tərəf üzüb və xilasedicilər gələnədək suyun üzərində saxlayıb. İdmançı Benedettonu üfürülmüş döşəkçə üzərinə qoyub. Filippo Manyini: "Yanına getdiyimdə çox su udmuşdu, qorxmuşdu və danışa bilmirdi. Mən sadəcə etməli olduğumu etdim”. Qeyd edək ki, Filippo Manyini sərbəst üsulla 100 metr məsafəyə üzmədə ikiqat (2005, 2007) dünya çempionudur. O, dəfələrlə Avropa çempionluğu və 2004-cü il Afina Yay Olimpiya Oyunlarında estafet yarışında bürünc medal qazanıb. Manyini antidopinq qaydalarını pozduğu üçün 2018-ci ildə 4 il müddətinə diskvalifikasiya olunub.