Gəncədə 38 yaşlı qadın əməliyyatdan 1 saat sonra ölüb

  • 17 Avqust, 2019
  • 4538 Baxış
Gəncədə 38 yaşlı qadın əməliyyatdan 1 saat sonra ölüb

Gəncə şəhərində qadın əməliyyatdan sonra ölüb.
Medicina.az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, Goranboy rayon sakini, 1981-ci il təvəllüdlü Samirə Əliyeva Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın Cərrahiyyə şöbəsində düz bağırsağın uşaqlıq yoluna sallanması (rektosle) diaqnozu ilə əməliyyat olunub.

S. Əliyeva əməliyyatdan 1 saat sonra xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.