Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb

  • 2019.08.15 12:20
  • 2940 Baxış
Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb
2019/2020-ci tədris ili üçün 1 nömrəli Bakı Tibb Kollecinin "İdman və müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb. Dövlət İmtahan Mərkəzindən Medicina.az-a verilən məlumata görə, həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər aşağıda göstərilən sənədləri avqustun 16-dək mərkəzə və ya DİM-in regional bölmələrinə təqdim etməlidirlər: • Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış; • Yaşadığı ərazi üzrə poliklinikadan "peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086); • "Abituriyentin elektron ərizəsi”. Qeyd edək ki, cari ilin məzunları müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər. Əvvəlki illərin məzunları üçün isə müsabiqə 2019-cu il 28 aprel tarixində keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq. Müsabiqədə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan ( xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.