"Hacı Mazan" Bakıda əməliyyat masasına qaldırıldı

  • 2019.07.02 16:33
  • 7132 Baxış
"Hacı Mazan" Bakıda əməliyyat masasına qaldırıldı
Bu gün ağır yol qəzası keçirən iş adamı Hacı Mazan hazırda əməliyyat masasındadır. Medicina.az-ın xəbərinə görə, bu gün Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində "Hacı Mazan" kimi tanınan Ramazan Hüseyn oğlu Zeynalov Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib. İlk öncə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılan R.Zeynalov daha sonra Cərrahiyyə Klinikasına aparılıb. Klinikadan Trend-ə verilən məlumata görə, Hacı Zaman hazırda əməliyyat olunur. Qeyd edək ki, R.Zeynalov xidməti avtomobili - "Range Rover”lə qəzaya düşüb. Nəticədə özü və sürücüsü xəsarət alıb. O, sağ budun sınması və qapalı beyin travması ilə xəstəxanaya çatdırılıb.