İtdən virusa yoluxdu, ƏLLƏRİNDƏN VƏ AYAQLARINDAN MƏHRUM OLDU (VİDEO)

  • 2019.08.03 14:46
  • 7882 Baxış
İtdən virusa yoluxdu, ƏLLƏRİNDƏN VƏ AYAQLARINDAN MƏHRUM OLDU (VİDEO)
ABŞ-ın Ohaya ştatının sakiniitin tüpürcəyindən virusa yoluxub.

Meri Treynerə keçən virus, onu yuxarı və aşağı ətraflarından məhrum edib. Medicina.az bu barədə Fox8-ə istinadən xəbər verir.
Qadın Karib adalarında keçirdikləri məzuniyyətdən qayıtdıqdan sonra, qadın özünü pis hiss eləməyə başlayıb. Bel nahiyyəsiində şiddətli ağrı, ürəyində bulanma olub. Treyner qripə yoluxduğunu düşünüb. Bir müddətdən sonra halı daha da pisləşdiyi üçün qadın xəstəxanaya yerləşdirilir. İntensiv terapiyaya baxmayaraq, Treynerdə sepsis başlayır. O, süni komaya salınsa da, qanqrenanın üçün gec olub. Həkimlər qadının həyatını xilas etmək üçün, onun dizdən yuxarıyadək ayaqları və əllərini amputasiya etməli oldular. Bildirilir ki, Treynerin analizlərində, adətən, it və pişiklərdə rast gəlinən "Capnocytophaga” bakteriyaları aşkar edilib. Bu bakteriyalar ya heyvanın dişləyi, ya da tüpürcəyi ilə ötürülür. Həkimlər Treynerin özünün itlərindən birindən yoluxduğunu düşünürlər. Hadisəyə baxmayaraq, qadın heyvanlarını əvvəlki kmi sevdiyini bildirir.