Keçmiş futbolçu ürəktutmadan öldü

  • 2019.08.23 09:03
  • 3739 Baxış
Keçmiş futbolçu ürəktutmadan öldü
"Qana” yığmasının keçmiş hücumçusu Cunior Aqoqo ürəktutmadan dünyasını dəyişib. Medicina.az  "The Sun”a istinadən xəbər verir ki, 40 yaşlı sabiq futbolçu London şəhərində vəfat edib. Peşəkar karyerası ərzində Aqoqo "Bristol Rovers”, "Nottinqem Forest”, "Limassol” və s. klubların tərkibində oynayıb. Oyunçu karyerasına 2012-ci ildə son qoyub.
Aqoqo "Qana” yığmasının tərkibində keçirdiyi 27 matç ərzində 12 qol vurub.

 

 

 

Keçmiş futbolçu ürəktutmadan öldü
Keçmiş futbolçu ürəktutmadan öldü