Qulaq ağrısı ilə xəstəxayana gətirilən körpə öldü - CİNAYƏT İŞİ BAŞLANDI

  • 2019.08.19 11:54
  • 12256 Baxış
Qulaq ağrısı ilə xəstəxayana gətirilən körpə  öldü  - CİNAYƏT İŞİ BAŞLANDI
 

Bakıda uşaq ölümü baş verib. Medicina.az-ın məlumatına görə, Banqladeş vətəndaşı,  33 yaşlı Khan Sazzadur Rashid Shakil və həyat yoldaşı, 23 yaşlı Səriyyə Rzayeva iki aylıq körpələri Zara Sazzadur Shakil qızını qulaq ağrısı ilə Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasına aparıblar.
Uşağa tibbi yardım göstərilsə də körpə bir neçə saat sonra dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.