Səhiyyə Nazirliyi: Həkimlərə 18 müraciət edilib

  • 2019.07.22 11:46
  • 2918 Baxış
Səhiyyə Nazirliyi: Həkimlərə 18 müraciət edilib
  İyulun 19-dan 22-nə qədər XV Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına ümumilikdə 18 müraciət olub. Medicina.az xəbər verir ki, bu barədə "Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib. Məlumata görə, çağırışlardan 4-ü Atletlər kəndinə, 4-ü qonaqların qaldığı otellərdən, 3-ü yarışlar keçirilən idman arenalarından, 2-si Bayraq Meydanından, 3-ü "Baku Crystal Hall"dan, 1-i İdman Akademiyasından, 1-i Hövsan Fövqəladə Hallar Nazirliyindən aid olub. "Müraciət edənlərdən 3-ü 1 saylı Kliniki Tibbi Mərkəzə, 1-i nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, qalanlarına isə yerində yardım göstərilib. Müraciətlərin arasında 4-ü xarici ölkə, digərləri isə Azərbaycan vətəndaşlarıdır” - deyə nazirlikdən qeyd olunub.