Şirvanda üç uşaq dərmandan zəhərlənib

  • 2019.09.05 10:37
  • 5322 Baxış
Şirvanda üç uşaq dərmandan zəhərlənib
Şirvanda üç azyaşlı zəhərlənib. Medicina.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri, Tağıyev küçəsi ev 5 ünvanında qeydə alınıb. Həmin yerdə yaşayan 5  yaşlı Fidan Məlikova, onun qardaşı, 4 yaşlı Ramal Məlikov və onların qonşusu, 7 yaşlı Xanlar Babayev binanın həyətinə qoyulmuş ziyanvericilərə qarşı dərmandan yeyiblər. Uşaqların vəziyyəti qəfildən pisləşib və onlar dərhal xəstəxanaya yerləşdiriliblər. Zəhərlənən uşaqların müalicəsi davam etdirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.