Tovuzda motosikletdən yıxılan şəxs xəstəxanda dünyasını dəyişib

  • 05 Avqust, 2019
  • 421 Baxış
Tovuzda motosikletdən yıxılan şəxs xəstəxanda dünyasını dəyişib



Tovuzda bədbəxt hadisə baş verib.

Medicina.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, rayon sakini Yusif Tağıyev üçtəkərli yedəkli motosikletin yük yerində olan sement kisələrinin üzərində əyləşən zaman ehtiyatsızlıqdan yıxılıb. Yaralı dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Onun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə aparılıb. Xəstəyə ağır kəllə beyin diqaqonzu qoyulub. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.

Fakla bağlı araşdırma aparılır.