Məşhur damar dərmanını özün hazırla – Şabalıddan

  • 2019.03.09 17:50
  • 26766 Baxış
Məşhur damar dərmanını özün hazırla –  Şabalıddan
Ayaqlarda damar problemi, venoz və varikozda, şişkinlikdə daha çox at şabalıdı, yəni bildiyimiz şabalıd tərkibli dərman və mazlar tətbiq olunur. 

Medicina.az şabalıddan belə bir  cövhərin reseptini təqdim edir. Dərmanınızı  özünüz evdə hazırlayın.


100 qr təmizlənmiş şabalıdın üzərində 1 litr keyfiyyətli araq süzülüb qarışdırılır. Maye qaranlıq yerdə 10 gün saxlanılır. Sonra süzülüb, şüşəyə yığılır. Qarışımı daxilə gündə 2 dəfə 10 damcı olmaqla içirlər. Eləcə də pambığa batırıb səhər-axşam problemli damarların üzərinə sadəcə sürtürlər. Masaj olmaz.