Ağciyər xərçəngində yeni radioterapiya – Uzman onkoloqdan açıqlama- VİDEO

  • 2018.11.06 19:14
  • 19367 Baxış
Ağciyər xərçəngində yeni radioterapiya –  Uzman onkoloqdan açıqlama- VİDEO
Ağciyər xərçənglərinin müalicəsində əməliyyatdan sonra və əgər əməliyyata göstəriş yoxdursa, radioterapiyadan istifadə olunur. 

Liv hospitalda ən müasir, son modern radioterapiya metodları barədə onkoloq Merdan Fayda bunları bildirdi. 


"Radioterapiya cihazının görüntülü və ya image qeydli olması çox vacibdir. Bu zaman radioterapiya otağında xəstənin düzgün formada yatmasını müşahidə etmiş oluruq.


Kənardan işıq müalicəsi verən cihazlarda dozanın tənzimlənməsi funksiyası vardır ki, 2 mmlik mikro dalğa ötürücüləri sayəsində şişə çatıb radioşüa verdikdən sonra dərhal dozanı azaldır, bu da kənar sağlam toxuma və hüceyrələrin maksimum qorunmasını təmin edir. 

Stereotaktik yeni radiotrerapiya metodudur. Çox çeşidli yerlərdən şüa yönəldir, hədəfi yüksək dozada şüalandırıb, yalnız hədəf şüalandıqdan sonra dozanı kəskin azaldır.

 



Ağciyərlərdə çox da böyük olmayan, milimetrik şişlərin radioterapiya ilə yox edilməsində bu stereotaktik metoddan istifadə olunur. Ağciyərin içində olan öz şişləri və ya kənardan gələn metazların yox edilməsində çox yüksək effektiv verir. Son illərdə ağciyər xərçəngi müalicələrində yanaşı metodlarla qarşılıqlı tətbiq olunur və gözəl nəticələr verir. 


Stereotaktik radioterapidən digər beyin metastazlarında da tətbiq edirik.  Bu zaman beyinə kəlləyə heç nə daxil edilmir, invaziv müdaxil olunmur. Xəstə yatır, termoplastik maska taxılır və müalicəni alır.


Ağciyər xərçəngi xəstələrində beyin metastazları bu metodla müslicə olunur. 

Həmçnin termoplastik baş  maskası beyin metaslarında MRT çəkimində də istifadə olunur. Bu MRT 3 testlə çəkilir və bunu tətbiq edərək beyin metastazı stereotaktik radioterapiya istifadə olunur. "


Bütün növ ağciyər xərçəngi və metastaz vermiş döş qəfəsi şişlərinin müalicəsi, cərrahiyyəsi, radio və kimyatepiyası Avropa, Amerika metodikası ilə LİV Hospitalda aparılır


Ağciyər xərçəngində yeni radioterapiya –  Uzman onkoloqdan açıqlama- VİDEO
Ağciyər xərçəngində yeni radioterapiya –  Uzman onkoloqdan açıqlama- VİDEO