“Ağ xalat” sindromu nədir?

  • 2019.06.19 13:25
  • 7434 Baxış
“Ağ xalat” sindromu nədir?
 

 

"Ağ xalat”sindromu və ya "ağ xalat "hipertoniyası bir çox insanlarda tibbi müəssələrdə keçirdikləri həyacanla əlaqəli olur.

 

 

Medicina.az bu barədə məlumatı təqdim edir. Pasient həkimə müraciət edən zamanı həyacanla əlaqəli arterial təzyiq yüksək olur, başqa zamanlar isə arterial təzyiq normal olur. Bu sindrom daha çox emosional, həssas, panik atakları olan adamlarda rast gəlinir.

 

 
Diaqnoz; sutkalıq arterial təzyiq monitorinqi və ya xəstənin özünün gün ərzində bir neçə dəfə təzyiqi kontrol etməsi ilə qoyulur.
 

Müalicəsi; Belə xəstələrin psixoterapiya keçməsi önəmlididir.Bu xəstəlik olmasada, çoxsaylı həyacan epizodları, təzyiq oynamaları xəstəliyə gətirib çıxara bilər.