Arıqlama dərmanları xərçəngi “oyada” bilər - Hər 3 nəfərdən birində rast gəlinir

  • 2017.11.01 21:00
  • 16727 Baxış
Arıqlama dərmanları xərçəngi “oyada” bilər -  Hər 3 nəfərdən birində rast gəlinir
Sinqapur tibb mütəxəsisləri hətta bitki tərkibli arıqlama dərmanlarının onkoloji prosesləri oyatma riskini artırdığı qənaətinə gəliblər. 


Medicina.az-ın məlumatına görə, Asiya və Amerikada aparılan və 1500 nəfər pasiyentin iştirak etdiyi tədqiqatlarda məlum olub ki, onların yarısı müxtəlif vaxtlarda piyyandırıcı və arıqlama dərmanlarından istifadə ediblər. Dərman qəbul edən hər 3 nəfərdən birində onkoloji patologiyalar başlayıb. 


Məlumdur ki, arıqlama dərmanlarından əvvəlcə böyrəklər, qaraciyər, sidik sistemi əziyyət çəkir. Onkoloji pasiyentərin DNK analizində gen mutasiyalarının baş verməsinə səbəb kimi həmin preparatlarda olan 2 komponent əsas gətirilir. Maraqlısı odur ki, arıqlama preparatlarını qəbul edən adamlarda gen dəyişikliyi 10-12 il sonra başlayır. Çünki həmin maddələrin təsirindən hüceyrə dəyişikliyi gizli və heç bir simptomsuz baş verir. 


Ona görə arıqlamaq üçün müxtəlif preparatlar qəbul edən insanlar azı ildə 1 dəfə müayinədən keçməlidir.