Üçlü sinir ağrısının dərmansız müalicəsi – 5 dəqiqəyə ağrıya SON

  • 24 Aprel, 2019
  • 13710 Baxış
Üçlü sinir ağrısının dərmansız müalicəsi – 5 dəqiqəyə ağrıya SON

Üçlü sinir nevralgiyası  üzdə yerləşən periferik sinirlərin iltihabı, zədələnməsi, qıcolması səbəbindən əzablı ağrılarla müşayiət olunan, Azərbaycanda da geniş yayılmış nevroloji xəstəlikdir.

Medicina.az xəbər verir ki, xəstəliyin əlamətləri bunlardır.

-Üz nahiyəsində çənəyə, gicgaha vuran tutmaşəkilli ağrılar. 
-Üz dərisi və ağız boşluğunda keyimə, hipertensiv zonalar
-Triqqer amilləri
-Üz iflici kimi üzün, ağızın əyilməsi, donması
-Çeynəmədə pozulma

Son illərə qədər xəstələr qəfil başlayan və həyatı zindana çevirən bu xəstəliyin müalicəsini aylarla dərmanlarla nevroloq yanında alırdılar. Şiddətli, ildırım kimi çxan ağrılar xəstənin əmək fəaliyyətinə belə təsir edir.

Bəzən xəstə dişinin ağrıdığını güman edib, bir neçə dişini çəkir, müalicə edir. 
Müalicənin effektinə isə dərmanlarla zəmanət verilmir. 

Qəbul olunan ağır dozalı ağrıkəsicilər, müxtəlif nevroloji dərmanlar digər orqanlara əks təsir edir, xəstəni dərmandan asılı vəziyyətə salır.
Artıq üçlü sinir nevralgiyası xəstələrinin əzablarına son qoyan yeni metod var. 

Bütün Avropa, Amerika, Türkiyədə üçlü sinir xəstələrinə tətbiq olunan radiofrekansla nazik bir iynə ilə sinirin bloklanması Azərbaycanda da tətbiq olunur. 
Narkozsuz, iynəsiz, cəmi 10 dəqiqə vaxtınızı alacaq bu prosedur sizi aylarla çəkən ağrı, iztirab, bahalı dərman müalicələrindən xilas edəcək. 

Sizdən tələb olunan üzünüzdə, çənənizdə qəfil, şimşək kimi ağrı hiss edən kimi, düzgün  mütəxəssisə, yəni alqoloqa, Ağrı mərkəzinə müraciət etməkdir.
Alqoloq diaqnozu təsdiqləyən kimi elə həmin gün sizi bu ağrıdan xilas edəcək.

Alqoloq Zülfüqar Yusifovla əlaqə saxlamaq üçün:
050 346 -47- 72