Əsrin bəlası Kron – Bağırsaqların divarını yeyən xəstəliyin müalicəsi varmı?

  • 2018.10.10 20:06
  • 19734 Baxış
Əsrin bəlası Kron –  Bağırsaqların divarını yeyən xəstəliyin müalicəsi varmı?
Kron xəstəliyi mədə-bağırsaq traktının, xüsusən nazik və yoğun bağırsağın uzun müddətdir davam edən xroniki iltihabi xəstəliyidir. İltihab o qədər irəliləyir ki, daxili selikli qişa, selikli qişa altı, hətta əzələ qatı da zədələnir. Hər 100.000 insanda 60 nəfərdə rast gəlinir. Amma indi bu xəstəlik çox yayılıb, çox insanda diaqnoz olunur.  


İlk simptomlar 35-40 yaşda özünü göstərir, 50 yaşdan sonra kəskinləşir. Amma hazırda 14 yaşında uşaq da bu xəstəlik tapılıb.

Medicina.az amansız Kron xəstəliyinin səbəblərini və müalicə metodunu təqdim edir.


Kron xəstəliyi digər xoralı kolitlə, dizenterit, enterit, salmonellozla oxşar kliniki mənzərəyə sahibdir, çox vaxt həkimləri çaşdırır. 


Yaranma səbəbləri:


Dəqiq səbəbləri hələ də məlum deyil. Autoimmun xəstəliklər sırasına daxildir. Oyadıcı faktor iltihabdır.


-Genetik, irsi meyillik var, 70% hallarda ata anadan keçir

-- Antigenlər yaradır- bağırsaq divarında olan eroziyalar bu antigenlərin udulmasına səbəb olur və lokal iltihab ocaqları yaradır

-İnfeksion zədələnmə

-Xroniki qastrit, xora, eroziya


Xəstəliyin kəskin, xroniki forması ayırd olunur.

Kəskin forma qəfildən başlayır, bədən hərarəti yüksəlir, ağrılar hiss oluur, diareya, gündə 2-3 dəfə nəcis. 


Xroniki forma isə daha yavaş və uzun müddətə inkişaf edir. 


-Tutma şəkilli sancı, ağrı, qarının müxtəlif hissələrində palpasiya zamanı ağrı, qida qəbulundan sonra şişkinlik, ağrı

-Həddən artıq qaz əmələ gəlmə

-Sutkada 3-4 dəfə tualetə getmək

-Nəcisdə qan

-Bədən temperaturunun 38 dərəcəyə qalxması

-Bədən çəkisinin azalması

-Ciddi yorğunluq, halsızlıq, qidadam imtina, dərinin quruması, dırnaqların, saçların zəifləməsi

-Anal bölgədə çat, dəridə dəyişiklik, qanama


Kron xəstəliyində heç qarına, bağırsağa aid olmayan simptomlar da baş qaldırır ki, bu da həkimləri və xəstəni çaşdırır, lazım olmayan müayinələrə cəlb edir. 


-Beldə, çanaqda, oynaqlarda ağrı

-Gözdə ağrı, tutqunluq

-İri oynaqlarda ağrı, hərəkətsizlik

-Dəridə irinli yaralar, üzdə böyük sızanaqlar

-Ağız boşluğu selikli qişasında  yaralar

-Dərinin sarı rəngi

-Öd yollar və qaraciyərin zədələnməsi


Ağır formalarda peritonit, qanaxma, daxili spayka, irin, bağırsaq keçməməzliyi verə bilər. Bu halda əməliyyat qaçılmazdır. 

 



Diaqnostikası


Əgər xəstə yanaşı simptomlara önəm verib, bağırsağı ciddiyə almırsa, heç olmasa həkimə gedəndə qarın ağrısı və sutkada neçə dəfə tualetə getməsini bildirsin. Müayinə üçün qastroenteroloqa getmək lazımdır.  Ağır formalarda müalicə yalnız xəstəxanada yatmaqla aparılır. Müayinə üçün USM, endoskopik müayinə, kolonoskopiya təyin olunur. Ağır formalarda bağırsaqdan biopsiya götürülüb, histoloji müayinəyə göndərilir. Cərrahi əməliyyata göstəriş olmadıqda dərman müalicəsi, pəhriz, həkim nəzarəti təyin olunur. İnfeksiya hallarında antibiotik təyin olunur.


Azərbaycanda Kron xəstəliyinin müayinəsi və Bioloji metodla müalicəsi ilə  məşğul olan qastroenteroloq Arzu Quliyeva müalicədə həm akademik təbabət, həm də bioloji metodlardan, preparatlardan istifadə edir, Kronun müalicəsi və uzunmüddətli remissiyası əldə olunması baxımından uğurlu nəticələri var.


Kron xəstəliyi və müalicə sonrası  fotolar



3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında;


Ətraflı məlumat üçün: (+994 12) 430 89 89; (+994 50) / (+994 55) / (+994 70) 430 89 89;
Əsrin bəlası Kron –  Bağırsaqların divarını yeyən xəstəliyin müalicəsi varmı?
Əsrin bəlası Kron –  Bağırsaqların divarını yeyən xəstəliyin müalicəsi varmı?