Exokardioqrafiyanın ürək xəstəlikləri müayinəsində üstünlüyü – “Ürəyin USM-i” kimlərə lazımdır?

  • 2018.12.04 18:28
  • 26957 Baxış
Exokardioqrafiyanın ürək xəstəlikləri müayinəsində üstünlüyü –  “Ürəyin USM-i” kimlərə lazımdır?
Ürəyin EXO müayinəsi ürək xəstəliklərinin vaxtında və dəqiq aşkar olunmasında mühüm rol oynayır və həkimə aydın informasiya verir. Müayinə üsulu USM-də olduğu kimidir. 


Elmed tibb mərkəzinin EXO mütəxəssisi Aytən Musayeva exokardioqrafiyanın hansı hallarda effektiv olması barədə medicina.az-a məlumat verdi.

" Exokardioqrafiya ultrasəs dalğaları vasitəsilə ürəyin görüntülənməsidir. EXO-invaziv olmayan metod olub, insana heç bir ziyanı yoxdur. Exo vasitəsilə ürəyin hərəkətli görüntüsü əldə edilir. 


Bu müayinə vasitəsilə aşağıdakı vəziyyətlər qiymətləndirilir:


-Ürəyin qapar xəstəlikləri, anadangəlmə ürək qüsurları, sonradan qazanılmış qüsurlar

-Perikarditlər, ürəyin həcmli törəmələri, tromblar, şişlər

-Ürəyin yığılma qabiliyyəti, sistolik və diastolik funksiyları, qan təzyiqinin ürəyə təsiri və s


Exo müayinəsi vasitəsilə ürəyin ölçülərinə baxılır. Aortanın ölçüsü müəyyənləşdirilir. Aortada genişlənmə və ya daralma varsa, nəzərə alınır. Aorta kökünün ölçüs 39-40 mm - ə qədər normaldır. 45 mm-dən yüksək daha ciddi genişlənmə deməkdir. Bu xəstələr ciddi nəzarətdə olmalıdır. Qapaq xəstəlikləri, aorta anevrizması dərmanla müalicə edimir. Xəstələri KVC-yə yönləndiririk.

 


 

 

UŞAQLARDA EXO


Uşaqların,  xüsusən yeni doğulmuşların Exo müayinədən keçməsi mütləqdir.

Əgər ürəkdə qüsur varsa, vaxtında aşkarlanır. Gecikmiş mərhələdə aşkarladığımız patologiyalar da olur. Məsələn, 15 yaşında bir məktəblinin idman dərsində halı pisləşmişdi. Bu vaxta kimi onda ürək problemi olmamışdı. Bizdə Exo müayinəsində oval dəliyin hələ də açıq olduğunu gördük. Əslində oval dəliyin açıq olması ölçüsündən asılı olaraq elə də ciddi patologiya deyil. Amma hər xırda problem də vaxtında aşkarlanarsa daha yaxşı olar.


Əgər uşaqda revmatik analizlər yüksək çıxırsa, angina, boğazında infeksiya ocağı arsa, mütləq ürəyi də yoxlanmalı, revmztizmin ürəyə təsiri aşkarlanmalıdır. 


Əgər Exo-da ciddi dəyişiklik yoxdursa, uşağı nəzarətsiz qoymaq olmaz. Çünki sonradan qazanılmış qapaq problemləri ola bilər. Ona görə revmatizmli uşaqların ildə bir dəfə Exo-dan keçməsi mütləqdir. Əgər qapaq zədələnməsi varsa, 6 aydan bir baxılmalıdır.

Ailə anamnezi də mütləqdir. İrsiyyətdə ürək-damar xəstəlikləri, erkən ürək ölümləri varsa, ehtiyatlı olmaq lazımdır. Xüsusilə oğlan uşaqlarına genetik amil daha çox təsir edir.


Xəstələri narahat edən bir sual məndə damar tıxanıqlığı, tromb varmı sualıdır.


Yalnız Exo müayinəsi vasitəsilə bu diaqnozu qoymaq olmur. Əgər xəstədə seqmentar divar hərəkət qüsuru farsa, ürəyin funksiyalarında ciddi pozulmalar varsa, biz bu xəstədə damartıxanıqlığı var deyə bilərik. Burada qanda lipid spektrinin təyini, ailə anamnezi köməyimizə çatır. Bu xəstələr koronal angioqrafiya müayinəsinə yönləndirilir. 


Şəkərli diabet xəstələri ürəyinə mütləq diqqət yetirməlidir. Onlar ağrı simptomu gözləmədən ildə 2 dəfə Exo müayinə olunmalıdır. Çünki bu xəstələrdə çox zaman ağrı olmur. Belə xəstələr təngnəfəsliyə diqqət yetirməidir. Sinədə ağırlıq, çətin nəfəs alma, təngnəfəslik varsa, deməli şəkər ürəyə hədəf orqan kimi zərər yetirib.


Ürəkdə şişlər olurmu?


Ürəkdə xoşxassəli və bədxassəli şişlər olur. Miksoma və fibroelastoma aşkarladığımız xəstələr var. Kalsifik düyünlər də ola bilər. Bəzən bu törəmələr təsadüfi müayinələr zamanı aşkarlanır və xəstəyə narahatlıq yaratmır. Diaqnozu təsdiqləmək üçün əlavə KT müayinəsi də olunur.

Ürək ciddi xarici zədələnmədən, hündürlükdən yıxılmadan, zərbədən də zədələnə bilir. 


Ürəyimdə heç bir ağrı yoxdur deməyin. Sağlam insanlar da ildə bir dəfə profilaktik olaraq Exo-dan keçməlidir. Müayinə elə də bahalı deyil.

 

 


Elmed Klinikası

Binəqədi rayonu, MirCəlal küçəsi 51

Tel: 431 13 77

050 569 13 77

Exokardioqrafiyanın ürək xəstəlikləri müayinəsində üstünlüyü –  “Ürəyin USM-i” kimlərə lazımdır?
Exokardioqrafiyanın ürək xəstəlikləri müayinəsində üstünlüyü –  “Ürəyin USM-i” kimlərə lazımdır?
Exokardioqrafiyanın ürək xəstəlikləri müayinəsində üstünlüyü –  “Ürəyin USM-i” kimlərə lazımdır?
Exokardioqrafiyanın ürək xəstəlikləri müayinəsində üstünlüyü –  “Ürəyin USM-i” kimlərə lazımdır?
Exokardioqrafiyanın ürək xəstəlikləri müayinəsində üstünlüyü –  “Ürəyin USM-i” kimlərə lazımdır?