Fəqərəarası disk yırtıqları 98% hallarda cərrahi əməliyyatsız müalicə oluna bilər-VIDEO

  • 2019.11.18 16:22
  • 18155 Baxış
Fəqərəarası disk yırtıqları 98% hallarda cərrahi əməliyyatsız müalicə oluna bilər-VIDEO

Fəqərəarası disk yırtığı ən çox 30-50 yaş arasında təsadüf edir, fəqərə sütununun bel-oma və boyun nahiyəsində daha çox təsadüf olunur. Yırtığın hansı fəqərəarası diskdə olmasından asılı olaraq müxtəlif klinik əlamətlərlə özünü göstərir.

 

Medicina.az xəbər verir ki, boyun fəqərəarası disk yırtığında başağrı, yuxarı ətraflarda ağrı, keyləşmə, zəiflik müşahidə edilir. Yırtıq onurğa kanalında daralma yaradıb, onurğa beynini sıxarsa daha ciddi klinik əlamətlər yarana bilər, məs., ətraflarda parez, yerişin çətinləşməsi və s. Bel-oma fəqərəarası disk yirtiğında xəstələr həmin nahiyədə ağrıdan, ağrının aşağı ətraflara vurmasından, keyləşmə hissi, yerişin çətinləşməsindən şıkayətlənir.


Fəqərəarası disk yırtığının müalicəsində ən effektiv müalicə biotənzimləyici terapiyadır. Bu müalicə ilk öncə orqanizmə ümumi biotənzimləyici təsir göstərir, turşu-qələvi balansını tənzimləyir, xəstə orqana hüceyrə səviyyəsində təsir göstərməklə regenerasiya qabiliyyətini bərpa edir, əməliyyat olunmuş xəstələrdə yenidən yırtıq əmələ gəlməsinin qarşısını alır. Bu məqsədlə Almaniya istehsalı olan təbii tərkibli preparatlardan istifadə edilir.


Bu preparatlar nanodozalarda olduğundan yaxşı mənimsənilir, tərkibləri zəngin, çoxhədəfli olduğu üçün xəstəliyə etiopatogenetik təsir göstərir. Bu preparatların heç bir əlavə təsiri, əks göstərişi yoxdur. Müalicə zamanı eyni zamanda akupunktura, homeosiniatriya, biopunktura, nevral terapiya, osteopatiya, fizioterapiya və digər reabilitasiya üsullarından, həmçinin dietoterapiyadan istifadə edilir.

 

 


Bioloji Tebabet Klinikası Tel.: (012) / (050) / (055) / (070) 430 89 89


Ünvan: Bakı,: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), M.Əcəmi m.st. yaxınlığında


www.btk.az