Kəpəyin yaranma səbəbləri və müalicəsi

  • 2019.10.24 11:08
  • 89304 Baxış
Kəpəyin yaranma səbəbləri və müalicəsi
Kəpək başın tüklü hissəsində laylı yağlı və ya kiçik
quru ağımtıl-sarımtıl rəngli pulcuqların əmələ gəlməsidir. Başın
qaşınması ilə müşayiət olunur; saçlar cansız, quru, tez qırılan, yağlı
və ya parlaq olur. Seboreya, psoriaz, dərinin göbələk xəstəlikləri,
sinir gərginliyi, A və ya B qrup vitaminlərinin defisiti, saçlara
qeyri-düzgün qulluq nəticəsi, mədə-bağırsaq traktının fəaliyyətinin
pozulmasının təzahürü ola bilər. Kəpək saç tökülməsinin geniş yayılmış
səbəbidir; o, nəzərə çarpan kosmetik problem yaradır.

 


Medicina.az xəbər verir ki, kəpəyin yaranmasına bir sıra səbəblərvar. Əsas yaranma səbəbi Malassezia Furfur göbələklərinin həddən
artıq inkişafı nəticəsində baş dərisinin vəziyyətinin dəyişməsidir. Bu
göbələk baş dərisində yaşayan fakultativ mikrofloraya aiddir və normal
şəraitdə onun həyat fəaliyyəti simptomsuz gedir.


 


 



 


 


 

Stress, piy vəzilərinin fəaliyyətinin pozulması, qidalanmanın
pozulması; hamiləlik, cinsi yetişkənlik dövrü, menopauza kimi hormonal
dəyişikliklər M. furfur-un aktivləşməsini təşviq edə bilər. Kəpək çox
tez-tez saçlara düzgün qulluq olunmadıqda meydana çıxır. Saçları tez-tez
boyama, kimyəvi maddələr vasitəsilə burma, saçlar üçün dizayn
vasitələrindən istifadə, fenlə qurutma, ilin soyuq dövrlərində baş
örtükləri ilə qorumama və ya əksinə, qapalı məkanlarda uzun müddət
geyinmə baş dərisinin mikroflorasının aktivliyinə gətirib çıxarır.
Bronxo-pulmonal xəstəlikllər, mədə-bağırsaq traktının patologiyaları və
immunitetin zəifləməsi də göbələklərin aktivasiyasına gətirib çıxara
bilər.

 

Yaranması

Kəpək pasiyent üçün ilk növbədə estetik problemdir. Belə ki, kəpəyi olan
insanın xarici görünüşü natəmiz və bir qədər xoşagəlməz olur. Saçların
həddən artıq yuyulması və kəpəyin fen vasitəsilə təmizlənməsi
simptomatikanı daha da gücləndirir. Tünd saçlı insanlarda kəpək daha çox
nəzərə çarpır; o, pulcuq şəklində başın tüklü hissəsində yayılır. Belə
ki, darama zamanı pulcuqlar aşağıya tökülür. Kəpək yayılmış xarakter daşıdıqda və onun aradan qaldırılması üçün heç
bir tədbir görülmədikdə saç tökülməsi başlana bilər. Kəpəyi problem
hesab edən insanlar baş geyimlərindən istifadə etməyə çalışırlar; onları
daha az nəzərə çarpan etmək üçün saçlarını açıq rəngə boyayırlar. Bütün
bu cəhdlər isə baş dərisində patoloji prosesi daha da dərinləşdirir.

 

 

 

 

 

Müalicəsi


Kəpəyin bütün müalicə dövrü ərzində aqressiv saç prosedurları, fenlə
qurutma istisna olunur; təbii taxtadan hazırlanmış daraqlardan istifadə
etmək tövsiyə olunur və bu daraqlar bir neçə aydan bir
dəyişdirilməlidir. Belə ki, taxta dəri piyini yaxşı mənimsəyir. Saçalara qulluq üçün nəzərdə tutulmuş vasitələr təyin olunur. Kəpək
problemini tərkibində göbələk əleyhinə komponentlər olan şampunlar həll
edir. Müalicəvi kosmetika kəpəyin öhdəsindən gəlmədikdə və problemin
meydana çıxmasına gətirib çıxaran daxili xəstəliklər olduqda
fizioterapiya göstərişdir. Problem baş dərisinin damarlarının
yığılması/genişlənməsi nəticəsində yarandıqda kriomassaj
mikrosirkulyasiyanı və saç follikulunun qidalanmasını yaxşılaşdırır.
Nəticədə yerli immunitet yüksəlir, göbələyin fəaliyyəti blokada olunur
və kəpək simptomları itir. Kriomassajdan sonra dəriyə çəkilmiş müalicəvi
preparatlar daha yaxşı sorulur.


Kəpək zamanı daraq şəkilli vakum elektrodunun istifadəsi ilə baş
dərisinə darsonvalizasiya göstərişdir. Baş dərisinin qıcıqlanması
reflektor olaraq damarların tonusunu yaxşılaşdırır, nəticədə maddələr
mübadiləsi yaxşılaşır.


 

 

Yüksəktezlikli cərəyan baş dərisinin kəpək pulcuqlarından təmizlənməsinə
rəvac verir; iltihab əleyhinə və dağlama effekti verir. Bu isə xüsusən
əhəmiyyətlidir; belə ki, kəpək zamanı ekskoriasiya və cızıqlar kifayət
qədər tez-tez müşahidə olunur. Bundan başqa, darsonvalizasiya sinir
sisteminə sakitləşdirici təsir göstərir. Kəpəyin psixoloji problem
yaratması və daimi stressin simptomatikanı yalnız gücləndirməsi
səbəbindən fizioterapiyanın müalicəvi kosmetika ilə birgə təyini həm
kəpəyi, həm də oyanıqlığı dəf etməyə kömək edir.

 

 

 
Kəpəyin yaranma səbəbləri və müalicəsi
Kəpəyin yaranma səbəbləri və müalicəsi
Kəpəyin yaranma səbəbləri və müalicəsi