Kişilərin gizli dərdi: Erkən eakulyasiya – Dəqiqələri saymaq, yoxsa müalicə?

  • 2019.02.19 22:23
  • 36545 Baxış
Kişilərin gizli dərdi: Erkən eakulyasiya –  Dəqiqələri saymaq, yoxsa müalicə?

Hazırda nəinki orta yaş, eləcə də çox gənc kişiləri çox narahat edən, uroloq və seksopatoloqlara verilən suallardan biri də cinsi həyatlarında problemə çevrilən erkən eakulyasiya – yəni öz dilimizdə desək, erkən boşalmadır. 


Yer üzünün kişi əhalisinin 30%-də bu problem var.


Cinsi problem nəinki kişinin, həmçinin qadınların da cinsi həyatına mənfi təsir edir, münasibərləri və ailə həyatını sarsıdır, kişinin özünə inamını qırır, psixologiyasını pozur. 


Çox kişilər bunu fiziki, psixoloji eyib, nöqsan kimi qəbul edib, tibbi problem olduğunu nəzərə almır, həkimə belə dərdini demir. 

Medicina.az problemin səbəb və müaicəsinin tibbi izahını təqdim edir.


Beynəlxalq Seksual tibb birliyinin kliniki təsnifatına görə erkən eakulyasiyanın 3 kriteriyası vardır:


-Cinsi əlaqə başlayandan 1-2 dəqiqə sonra eakulyasiya baş verir

-Pasiyent onun baş verməsi anını ayırd edə bilmir

-Bir-iki belə haldan sonra pasiyentin psixi vəziyyəti gərginləşir, stress səbəbindən normal intim ritm pozulur


Diaqnozu təsdiq etmək üçün, pasiyent vaginal daxil olmadan neçə dəqiqə sonra eakulyasiyanın baş verməsini dəqiq ölçməlidir. Hər kişi də əlində saniyəölçənlə bu prosesi izləyə bilməyəcək. Ona görə anketləşmə metodu – PEDT daha effektiv sayılır. Anketdə olan suallara cavab verilir, 11 bal və yuxarı bal topladıqda, deməli, həkimə getmək vaxtıdır.


Erkən eakulyasiyanın 4 növü var:


-Birincili – ömürlük

-İkincili – qazanılmış

-Variabel

-Subyektiv


Son subyektiv və variabel növ demək olar ki, xəstəlik deyil. Pasiyentin təxəyyülü, özünətəlqinidir. Yəni pasiyentə elə gəlir ki, cinsi akt lazım olan qədər sürmədi, vaxtından tez bitdi. Halbuki müayinədə obyektiv göstəricilər norma daxilində olur.

Variabel formada – bir dəfə normal, əla, digər vaxt isə qısa, erkən eakulyasiya olan haldır. Bu da normal hesab olunur, lakin belə variasiyalar şəklində dəyişmələr psixoterapevt müayinəsi, müalicəsi ilə aradan qalxa bilir. 


Erkən eakulyasiyanın İkincili-qazanılmış növü əsl xəstəlikdir. Yəni kişinin əvvəllər, öncədən normal cinsi aktı olub, müddətdən razı qalıb, lakin birdən bu proses dəyişir, kontrol itir və ya çox tez, 1-2 dəqiqə ərzində erkən eakulyasiya baş verir. Bu xəstəliyi yaradan digər cinsi, uroloji xəstəliklər vardır. Adətən  prostatit, adenoma, infeksiyalar, erektil disfunksiya, qalxanvari vəzinin xəstəlikləri, xroniki çanaq ağrıları, müxtəlif onurğa problemləri, nevroloji pozulmalar bu xəstəliyə səbəb olur.


Müalicə taktikası


Uroloq-androloq ilk olaraq birinci xəstəliyi, yəni səbəbi müalicə etməlidir. Burda da dərman terapiyası, lazım gəldikdə əməliyyatlar icra olunur.

Xəstəliyin birincili – yəni ömürlük növü az rast gəlinsə də ən çətin növdür və müalicəyə tabe olmur. 


Tabletsiz dəqiqə uzatmaq mümkündürmü?


Belə metodlar var: biri stop-start metodudur. Eləcə də kişilər üçün olan Keqel məşğələləri də effekt verir. Bu məşqlər çanaq dibi əzələləri möhkəmlədir, onlar üzərində şüurlu olaraq idarəni sizə verir. Subyektiv və variabel formalarda psixoloq, psixoterapevt, xüsusi idman metodikaları çox yaxşı nəticə verir. Dərmanlar isə yalnız ikincili formada təyin olunur. 


-Yerli anestetiklər sprey və formasında olanı alınıb, əlaqədən 30 dəqiqə əvvəl çəkilir.

-Selektiv ingibitorlar – hormonları nəzarətə alır. 

-Serotonini nəzarətə alan Dapoksetin. Effektivliyi kliniki olaraq sübut olunub. 




Əməliyyatla düzəlirmi?


Əgər heç bir müalicə effekt verməsə cərrahi əməliyyatla cinsi orqanın dərisi və selikli qişasında olan həssaslıq azaldılır. Bu zaman onurğa beyninə impulslar az ötürülür, nəticədə erkən eakulyasiya baş vermir. 


Son illərdə Avropa, Çin, İtaliyada erkən eakulyasiyadan əziyyət çəkən kişilərin sünnət olunması da effekt verir və bu yöndə araşdırmalar, təcrübələr davam edir. 

Kişilərin gizli dərdi: Erkən eakulyasiya –  Dəqiqələri saymaq, yoxsa müalicə?