Mikropenis – kiçik cinsiyyət orqanı barədə ən çox verilən 5 suala cavab

  • 2019.01.24 18:57
  • 107156 Baxış
Mikropenis  – kiçik cinsiyyət orqanı barədə ən çox verilən 5 suala cavab
Deyilənə görə, yer üzündə demək olar ki, bütün kişiləri bir sual maraqlandırır. Görəsən, məndə ölçü normaldır, ya kiçik? Hətta bəzən normal ölçü belə özlərinə kiçik gəlir, daim gözləri müqayisə etmək üçün digərlərində olur, harda bu barədə material var oxuyurlar. Hər kişi ölçüsü ilə ürəkdən qürurlana bilmir. 


Medicina.az bu həssas mövzunu nəzərə alıb, mikropenis barədə 7 vacib suala cavabları təqdim edir:


1.Cinsiyyət orqanının ölçüsü neçə yaşa kimi artır və hansı yaşdan sonra narahat olmağa başlamaq lazımdır?


Uroloq və seksopatoloqlar bildirir ki, bu sualla bağlı narahatlıq dövrü 15-19 yaşda kəskinləşir. Yeniyetmə oğlanlar müxtəlif saytlarda, videolarda, şəkillərdə çəkilmiş kişilərə baxıb onlarla özlərini müqayisə edirlər və elə bilirlər ki, ideal ölçü elə odur. Halbuki porno industriya elə filmlərə qəsdən daha iri ölçülü, seçilmiş kişilər dəvət edir, kadrlar elə tutulur ki, orqan olduğundan da nəhəng görünür.

Burdan da özünə güvənsizlik, əminsizlik kimi komplekslər kök salır. Bu yaşda " dərdini” valideyni, yaşlı kişilərə deməyən, həkimə getməyən oğlanlar daha çox sıxılır, qapılırlar. Əslində isə super qəhrəman aktyorlardan fərqli olaraq, kişi orqanı ölçüsü və diametric elə də böyük olmamalıdır. Real görünüş və real ölçülər yalnız real insanlarda görülə bilər. 


Kişilərin cinsi əlaqə və ata olması üçün də ölçünün və diametrin, formanın əhəmiyyəti yoxdur. 

Cinsiyyət orqanı 21 yaşa kimi ölçüdə dəyişə bilər. 


2.Hansı ölçü normal hesab olunur?


Yeni doğulmuş körpədə penis ölçüsü normada 3 sm olur. 

Yetkin kişidə isə 12 sm-dən 17 sm-ə kimi uzunluq normaldır. 

Statistik olaraq, bütün dünyada orta normal uzunluq 13-15 sm arası qəbul edilib. 

Əgər uzunluq 17-18-sm keçirsə, o zaman makropenis deyilən tibbi termin istifadə olunur.  


Hazırda dünyada ən uzun cinsi orqana sahib amerikalı Con Falkondur, o 34 sm orqanı ilə Ginnesin rekordlar kitabına düşüb. O, bir kişi kimi bu fərqliliyinə sevinmir. Çünki heç bir qadın onunla yatağa girmir. 


Əgər erektil vəziyyətdə, uzunluq 9 sm-i keçmirsə, mikropenisdən danışmaq olar. Amma bir fakt var ki, məhz bu ölçü Qədim Yunanıstanda sağlamlıq və gözəllik simvolu hesab olunurdu. 

Mikropenisə kişilərə 200 kişidə bir rast gəlinir. 


3.Uşağın gələcəkdə mikropenisli olacağını bilmək olarmı?


Bəli, elə uşaqlıqdan bu diaqnozu qoymaq olur. Əgər yeni doğulmuş oğlan uşağının penisi normadan 2 dəfə kiçikdirsə, o zaman gələcəkdə mikropenis ehtimalı 80%-dir. Belə olan halda valideynlər diqqətli olub, endokrinoloqla birgə uşağa testosteron hormonu müalicəsi kursu almalıdır. Bu uşaq körpə ikən edilsə yaxşıdır. Çünki sonrakı yaşlarda uşağın sümükləri bərkimə müddəti bitdikdən sonra bu müalicəni təyin etmək olmaz. 


4.Hansı səbəblərdən mikropenis olur, cinsiyyət orqanı normal ölçüyə çatmır?


Səbəblər çoxdur. Əsas səbəb ananın hamliləliyin birinci trimestirində hormonal fonda pozulmaların baş verməsidir. Xüsusən testosterone və honadotropin. 

Eləcə də qanda şəkərin miqdarı da dölün cinsiyyət orqanlarının formalaşmasına səbəb olur. 



5.Mikropenisin müalicəsi və əməliyyatla düzəlməsi mümkündürmü?


Vəziyyəti hormonal müalicə ilə bir qədər düəzltmək olar. Əgər yeni doğulmuş dövrdən müaicə olsa bir qədər böyümə ola bilər. Cərrahi əməliyyatları da effektiv hesab etmək olmaz. 


Falloplastika adlanan riskli əməliyyat var ki, bu da kosmetik görünüşü düzəldir. Funksionallığa təsir etmir. Çox zaman belə əməliyyatlardan sonra orqanının hissiyatı pozulur, bu da intim həyata mənfi təsir edir. 

 




Orqanın ölçüsü həyatın mənası deyil.


Bu məsələdə probem fiziki yox, psixolojidir. Kişilər nəyə görəsə öz cinsiyyət orqanlarının dünyanın, həyatın mərkəzinə qoyub, xoşbəxtliyin ölçüdən asılı olduğunu düşünür. Cəmiyyətdə böyük orqanı olan yaxşı kişidir deyə bir qanun, anlam yoxdur. Qadınlar üçün də orqanın ölçüsü ailə, uşaq, pul, evdən sonrakı yerdə gəlir. 


Nə kiçik, nə böyük penis həyatın mənası deyil, olmamalıdır. Kİşilər yaxşı iş, ev, maşın, yaxşı həyat yoldaşı, ev-eşik sahibi olub, övladlarına baxıb həyatın mənasını görməlidirlər. 


Əgər harmoniya olsa, beyin işləsə, mikropenisli kişilər belə intim həyatda maksimal effekt alıb, partnyorunu razı sala bilər. Statistikaya görə, qadınlar intim həyatın ilk dəqiqəsində ölçü ilə maraqlanıb, fikir verə bilərlər. Sonrakı hadisələr artıq kişinin özündən asılıdır. Çox olur ki, böyük orqanı ilə qürurlanan kişiləri qadınlar yataqda bəyənməyib. 


Çox kiçik, mikropenisi olan kişilərin fizioloji olaraq bir problemi olar bilər: ayaq üstə sidiyə getmək bir qədər qəliz olur və o geyimini islada bilər. Ona görə belə kişilər oturmağa üstünlük verir. 


Qeyd:


Çox zaman analar, atalar 10-12 yaşlı uşaqlarını uroloq yanına gətirərək, israrla uşağın orqanı kiçikdir deyirlər. Lakin həkim ölçünün normada olduğunu görür. Vizual olaraq orqanı kiçik göstərən uşağın artıq çəkisi, iri bədəni, qarnıdır. Artıq çəki də cinsiyyət orqanını kiçik göstərir. Bu zaman uşağa arıqlamaq və bəzi hormonal korrektələr təyin olunur.

 


Mikropenis  – kiçik cinsiyyət orqanı barədə ən çox verilən 5 suala cavab
Mikropenis  – kiçik cinsiyyət orqanı barədə ən çox verilən 5 suala cavab