Qanın ümumi analizinin tam AÇIQLAMASI – Hansı göstərici nəyin əlamətidir?

  • 2019.02.20 19:16
  • 539057 Baxış
Qanın ümumi analizinin tam AÇIQLAMASI –  Hansı göstərici nəyin əlamətidir?
Bu gün istənilən həkimə getdikdə birinci qanın ümumi analizi müayinəsi təyin olunur. Heç olmasa qan ver, görək nədir deyən həkim nəticələrə baxan kimi ilkin diaqnozu qoya bilir. Klinikalarda da dəbdə olan qiyməti 12-16 man arası dəyişən qanın ümumi analizi insanın bütün qan hüceyrələrində baş verən spesifik dəyişiklikləri göstərir. Bir qədər savadlı, başı çıxan pasiyent elə özü də analizinin cavabına baxaraq, orqanizmdə nə baş verdiyini az-çox anlaya bilər. Yəni bir insan tibbi bilməsə də ən azı qanın ümumi analizindəki o terminlərin, hərflərin, rəqəmlərin nə demək olduğunu bilməlidir.


Qanın ümumi analizini incələmək üçün medicina.az Bioloji Təbabət klinikasının həkim laborantı Gülər Ağamirzəyevadan məlumat aldı. İlk növbədə ümumi qan analizinin səhər acqarına verilib-verilməməsinin fərqini soruşduq. Həkim bildirdi ki, qanın ümumi analizi istənilən saatda verilə bilər. Problem varsa, səhər, günorta fərqi yoxdur, analiz göstərəcək, çünki qanda hüceyrələr saata görə dəyişmir. 


" Ümumi qan analizi əsasən qanımızda hüceyrələrinin miqdarını və vəziyyətini göstərir. Qan hüceyrələri hansılardır: eritrositlər, leykositlər, trombositlər. Trombosit əslində hüceyrə qalığı kimi hesab olunur.

Orqanizmdə iltihabi proses olduqda trombositin miqdarı artır. 

Eritrositlərin tərkibində hemoqlobinin həcmi və onun konsentrasiyası istənilir. Əgər həcmi azalibsa, kiçilibsə, onda kontenrasiyası da kiçilir. 

Eritrositlərdə dəyişiklik gedibsə: miqdar yüksəlir, baxırıq hemoqlobinə, ya MS və MSH da aşağı olur. Eritrositlərin orta həcminin variasiyası da dəyişib. Bu zaman eritrositlərin forması balaca, yumru olur. Bu artıq talassemiya göstəricisidir. Eritrositlərin mənzərəsi ilə qanın ümumi analizə ilə talassmiya daşıyıcısı olub olmamasını görürük. 


Qanda eritrositlərin azalması qan itkisi, qanaxma, anemiya, hamiləlik, toxumalarda şişkinlik, eritrositlərin dağılması prosesinin sürətlənməsi zamanı baş verir. 

Leykositlər – ağ qan hüceyrələridir. Bu göstəriciləri biz normanı 4-10 arasında götürürük. Əgər nəticə 4-dən aşağıdırsa, deməli immunitet zəifdir, əgər 10-dan yuxarıdırsa, deməli güclü proses başlayıb, orqanizmə virus, bakteriya düşüb  və leykositlər aktivləşib. 


Leykozlarda isə leykositlərin miqdarı 30-40-a kimi qalxa bilir. Leykositlərin çoxalması keyfiyyətsiz hüceyrələrin artması deməkdir.  Keyfiyyətli leykositlərin yüksək həddi 15-20 olur. Bəzən də xərçəng növlərində leykositlərin sayı artır.


Qanın ümumi analizində xərçəngə şübhəni birinci leykositlərin miqdarının çoxalması göstərir. İkinci qanda eritrositlərdə mütləq azalma gedəcək və RDW – eritrositlərin çökməsi artacaq. 


Leykositlər 5 formada olur: neytrofil, limfosit, monosit,  bazofil. 


-Neytrofilin çoxalması bakterial infeksiyanın çoxalmasını, autoimmun proseslərini göstərə bilər.Çox zaman bu immunitet zəifliyini göstərir. 

-Limfosit yüklənməsi isə virusların artmasını və onkoloji xəstəlikləi göstərir. Çünki xərçəng xəstəliyində də limfositlər, xüsusən T limfositlər yüksəlir. Onlar şiş hüceyrələrinə qarşı hücumçu hüceyrələrdir.    Analizdə rəqəm 69-70-ə çatanda biz artıq onkologiyadan şübhələnirik. 


-Monositlər zərərli bakteriyaları tutub öldürən hüceyrələrdir. O analizdə vərəm, bruselyoz, revmatizm, autoimmun proseslərdə, xərçəngdə artır. 

- Eozinofillərin miqdarı allergiyada, qurd invaziyalarında çoxala bilər. Davamlı toksiki proses gedəndə qanda erizfolin miqdarı qanda çoxala bilər. Amma yenə də bu rəqəmin artmasını görüb xəstəyə demək olmaz ki, sənin qurdun və ya allergiyan var. Bu bir qədər çaşdırıcı hüceyrədir. Ola bilər insan güclü allergikdir, amma eozonifillərin miqdarı aşağı çıxır. 


- Bazofil onkololji xəstəliklərdə yüksək çıxır. Bu hüceyrə qanda çox qalmır, saniyələr içində toxumaya keçir. Ona görə onun miqdarı qanda çox halda yüksək görünmür, yəni bir analizlə tutmaq olmur. Amma davamlı şəkildə orqanizmdə zəhərlənmə getdikcə, bazofil düşəndə biz onu qanda tuta bilərik. Güclü bir infeksiyalarda onun miqdarı arta bilər. 


-Trombositlər qanın laxtalanmasına səbəb olan hüceyrə hissəsidir. Miqdarı çox çıxıbsa, deməli orqanizmdə çox güclü iltihabi proses başlayıb. Hepatitlərdə çox zaman trombositlər aşağı çıxır.


EÇS ( eritrositlərin çökmə sürəti)– güclü iltihabi prosesdə, bakterial infeksiyada yüksək çıxır. Bunu biz neytrofillə də uzlaşdırırıq. Neytrofil çox çıxanda, mütləq EÇS də çoxalır. Xərçəng xəstəliklərində rəqəm 100 və yuxarı ola bilər. 


İnsan ümumi qan analizinin nəticəsinə baxdıqda ilk növbədə eritrositlərə diqqət yetirməlidir. Çünki eritrositlərin az çıxması yaxşıdır.

Beləliklə, qanın ümumi klinik analizi ilə anemiya, talassemiya, iltihabi proseslər, bakterial infeksiyalar, viruslar, onkoloji proseslər aşkarlana bilir”.


Analizdə qeyd olunan qısa hərf birləşmələrinin mənası:


1.WBC -  ağ qan hüceyrələri, leykositlər. Orqanizmin immun müdafiə sisteminə cavabdehdir, yad virus və bakteriyaları tutub zərərsizləşdirir

2.RBC – qırmızı qan hüceyrələri, eritrositlər. hemoqlobin, daşıyıcı oksigen və qaz tərkiblidir. 

3.HGB – hemoqlobin

4.HCT – hematokrit. 

5.PLT – trombositlər

6.MCV – eritrositlərin orta həcmi

7.MCH – hemoqlobinin eritrositlərdə orta həcmi

8.MPV – trombositlərin orta həcmi

9.LYM – limfositlər

10.MİD – monosit, bazofil, eozinofillərin nisbəti

11.Ne % - neytrofillər

12.MON – monositlər

13.EO – eozinofilər

14.BA – bazofillər

15.İMM – qranulositlər

16.ATL – atipik limfasitlər

17.HGB/RBC – hemoqlobində eritrositlərin orta miqdarı

18.ESR – eritrositlərin çökmə sürəti, orqanizmin patoloji vəziyyətinin indikatoru


 Bakı,: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında

•Tel.: (012) / (050) / (055) / (070) 430 89 89

 


 


Qanın ümumi analizinin tam AÇIQLAMASI –  Hansı göstərici nəyin əlamətidir?
Qanın ümumi analizinin tam AÇIQLAMASI –  Hansı göstərici nəyin əlamətidir?
Qanın ümumi analizinin tam AÇIQLAMASI –  Hansı göstərici nəyin əlamətidir?