Sidikdən pis qoxu gələrsə….- Bu xəstəliklərdən şübhələn

  • 2019.10.21 16:57
  • 94435 Baxış
Sidikdən pis qoxu gələrsə….-  Bu xəstəliklərdən şübhələn
Sidiyin özünəməxsus qoxusu və rəngi olur və o, kəskin, pis olmamalıdır. Əgər bir gün sidikdən kəskin, çox pis, dözülməz qoxu hiss etsəniz, diqqətli olun və bu səbəbləri araşdırın. Əgər qoxu 1 həftəyə getmirsə, uroloqa təcili gedin.


Medicina.az xəbər verir ki, sidikdən spesifik olmayan qoxunun gəlməsi bu 5 xəstəlik və problemdən xəbər verir.


1.Orqanizmin susuzlaşması


Əgər siz normadan çox az su içirsinizsə, sidik sistemi az maye hasil edir. Bu zaman sidik şəffaf olmur, qoxusu də kəskinləşir. Soyuqdəymə, qrip, diareya, zəhərlənmə və s. zamanı orqanizm susuzlaşır, bu zaman maye qəbulunu artırmaq lazımdır.


2.Duzlu qidalar yeyirsiz


Yüksək duz tərkibli qidalar və orqanizmdə natriumun artması sidiyə kəskin qoxu verir


3.Sidik sistemi və yollarının infeksiyaları


Ən birinci səbəbdir. Sidikdən ammiak qoxusu gələndə, bu sidik yollarında zərərli bakteriyaların artdığını göstərir. Sidik də tündləşir və insan bəzi digər əlamətlər hiss edir. Bu zaman həkim nəzarəti ilə antibiotik  qəbul etmək lazımdır.

 



4.Şəkərli diabet


Diabetdə birici xassələrdən biri də sidikdən pis qoxu gəlməsidir. Bu ya çox şirin, meyvə qoxusu ola bilər. 


5.Genetik səbəblər


Elə genetik xəstəliklər, irsi meyilliklər var ki, heç bir səbəb olmadan sidiyin qoxusuna təsir edir. Elə adamlar var ki, sidiyi balıq, turş qoxusu verir və bədənlərindən də bu iy gəlir. 


Bu patologiya daha çox hormonal pozuntusu olan qadınlarda, cinsi yetişkənlik dövründə olan uşaqlarda, menstrual tsikl zamanı və kontraseptivlərin qəbulundan sidikdən, ümumilikdə bədən tərindən kəskin qoxu gələ bilir.


6.Veneroloji xəstəliklər


Cinsi yolla keçən xəstəliklər zamanı – xlamidioz, trixomoniaz, sifilis, qonoreya zamanı infeksiya cinsi yollardan sidik sisteminə keçir. Buna görə sidik dəyişir.


7.Bəzi qida əlavələri, BAD və dərmanlardan


Ürək, təzyiq dərmanları, oral kontraseptivlər, B 6 vitamini, balıq yağı, polivitaminlər, hamilələr üçün preparatlar sidiyə təsir edir


Digər səbəblər: qaraciyər xəstəlikləri,sarılıq, böyrəklərdə daş, nefrit də sidiyin rəngi və qoxusuna təsir edir.

 

 


Sidikdən pis qoxu gələrsə….-  Bu xəstəliklərdən şübhələn
Sidikdən pis qoxu gələrsə….-  Bu xəstəliklərdən şübhələn