Təzyiq dərmanlarının kişilərdə yaratdığı fəsadları necə aradan qaldırmalı

  • 2018.04.04 17:40
  • 23949 Baxış
Təzyiq dərmanlarının kişilərdə yaratdığı fəsadları necə aradan qaldırmalı
Son zamanlar  35 yaşdan sonra kişilərdə yüksək təzyiq, ürək-qan damar problemləri səbəbindən təzyiq salan dərmanlara üz tutması halları artıb.

Hipertoniyadan əziyyət çəkən kişilər həkimlərə müraciət etdikdə isə ilk növbədə gündəlik qəbul edilən dərmanlar resepti ilə qarşılaşır. 


Lakin bəzi həkimlər təzyiq preparatlarının kişilərin cinsi həyatına, potensiyasına mənfi təsir göstərdiyini bildirir. Qeyd olunur ki, hipertoniyadan əziyyət çəkən cavan kişilər bir müddət sonra impotent olur. 


Medicina.az deyilənlərə aydınlıq gətirmək üçün androloqa müraciət edib.


Həkim uroloq-androloq Xalid Kərimov  Medicina.az-a açıqlamasında bildirib ki,  ürək-qan damar sistemini, o cümlədən qanda xolesterinin səviyyəsini aşağı salmaq üçün təyin olunan bəzi dərmanlar cinsi zəiflik verə bilər: "O dərmanların təlimatında da qeyd olunub ki, cinsiyyət sisteminə mənfi təsiri var. Kişilərin uroloji, cinsi sisteminin zəifləməsi uroloqlar üçün narahatverici məqamdır və pasiyentlər bu problemlərlə bizə müraciət edir. Amma təzyiq, ürək-qan damar sistemi həyati vacib orqanlar sayıldığından, xəstənin həyatı üçün təhlükəni aradan qaldırmaq məqsədilə bu preparatlar mütləqdir və uroloji, cinsi sistem artıq ikinci planda olur. Bir uroloq kimi mənim ixtiyarım yoxdur ki, o dərmanları təxirə salım.

 



 Lakin  bu dərmanların törətdiyi fəsadları, yarada biləcəyi ağırlaşmaları, o cümlədən, qaraciyər və böyrəyin funksiya pozulmalarını bioloji təbabətin təklif etdiyi biotənzimləyici preparatların, bioloji təbabət üsullarının köməyilə aradan qaldırmaq mümkündür. Eləcə də, bir çox xəstəliklərin  ilk əlamətlərini hiss etdikdə alternativ müalicə üsulu olan bioloji terapiyaya müraciət edilsə, o xəstəliyin ağırlaşma olmadan, tam sağalması ehtimalı çox böyükdür. 

 Bizimlə əlaqə:

Tel.: (+994 12) 430 89 89

Mob.: (+994 50) / (+994 55) / (+994 70) 430 89 89

Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında

Instagram: bioloji.tebabet


 

Təzyiq dərmanlarının kişilərdə yaratdığı fəsadları necə aradan qaldırmalı