Tromboflebit orqanizmdə gizli bombadır, hər an partlaya bilər – Ən etibarlı müalicəsi barədə həkim məsləhəti

  • 2018.10.29 18:33
  • 18827 Baxış
Tromboflebit  orqanizmdə gizli bombadır, hər an partlaya bilər –  Ən etibarlı müalicəsi barədə həkim məsləhəti

Tromboflebit həm kişi, həm qadınlarda rast gəlinən venoz damar problemidir. O, iltihabı proses olub, venoz damarların keçiriciliyinin tutulması, qan qatılaşması və trombla tıxanmasıdır. 


Tromboflebitə həm dəri altında görünən venalar, həm də daha dərin, əzələ qatlarınd yerləşən iri venalar məruz qala bilir. Daha çox aşağı ətraflarda rast gəlinir.


Əsas simptomları: Əllə basdıqda və ya qəflətən ayaqların önü və arxasında əzələlərin bərk ağrıması, bədənin hərarətinin qalxması, ayaqlarda şişkinlik, gözaltında torbalar, iri tromblar varsa, damarların düyünlənib, ağırlaşıb, göyərməsi və çıxması. 



Səbəbləri


Yaranma səbəbləri müxtəlifdir. Əsas infeksiyaların damara yol tapıb keçməsi ilə bağlıdır. Bu da çox zaman venaya inyeksiya, sistem zamanı baş  verir. 

İkinci səbəb ürək damar, şəkərli diabet səbəbindən qan qatılaşmasının baş verməsidir. Aspirin, trombas kimi dərmanları uzun müddət qəbul edib, birdən saxladıqda da qan qatılaşıb, tromb əmələ gətirir. Amma ən geniş yayılmış səbəbi varikoz genişlənmədə venaların normal qan keçiriciliyinin pozulmasıdır.

 

Varikoz insanda müxtəlif səbəblərdən, peşə vərdişi ilə bağlı yaranır. Həmçinin xəstəliyin genetik kökləri də vardır. 


Diaqnoz


Həkim elə vizual müayinə ilə ayaqlarda olan xarici dəyişikliklərdən, nahamarlıq, istilik-soyuqluq, göyərmə, qızarma əlamətlərindən tromboflebit diaqnozunu qoya bilir. Tromb olan yerlərdə bərkimə, ağrılar, qabarıqlıq görünür. 


Dəqiq müayinə üçün aşağı ətrafların USM- dopleri, fleboqrafiya aparılır, həmçinin qanın qatılaşması  ilə bağlı qan analizi verilir. 


Müalicəsi


Xəstəliyin dərəcəsindən asılı olaraq dərman və cərrahi yolladır. Xəstələrə müalicə ərəfəsində ciddi yataq rejimi təyin olunur, ayaqlar bir qədər yuxarı qaldırılmış formada olmalıdır, sərt hərəkətlərə yol verilmir. Damar keçiriciliyini artırmaq və qanın qatılığını azaltmaq üçün antikoaqulyantlar təyin olunur. Yerli olaraq heoarin və iltihab əleyhinə mazlar çəkilir. Əgər infeksiya təsdiqlənərsə, antibiotik təyin olunur. 


Cərrahi müdaxilə də prosesi stabilləşdirdikdən sonra aparılır. Trombun qopmasına risk yoxdursa, iltihabı proses səngiyibsə, venalarda əməliyyat olunaraq, tromb götürülür.  

 


Xəstə üçün ən böyük risk


Tromboflebit müalicə olunmadıqda, ağciyər arteriyalarının tromboemboliyası baş verir ki, nəticədə ürək-tənəffüs çatışmazlığı yaranır. Bu  hal gec aşkar olunduqda, xəstə üçün letal sonluqla bitə bilər. 


Tromblar çox və iridirsə, venalar ilə yuxarı doğru hərəkət edib, qopub, orqanlara düşə bilər.

Ciddi ürək, tənəffüs, qan dövranı problemləri yaradır. 


Əbəs yerə tromboflebitə asta və gizli hərəkət edən bomba demirlər. Əgər vaxtında, tez müalicə olunmasa, sabah ağır vəziyyətdə reanimasiyaya düşə bilərsiz. Hətta gecə qəfildən ölüm də baş verə bilər.


Bioloji Təbabət klinikasının Aşağı ətrafların xoraları və problemləri ilə məşğul olan şöbənin həkimi, terapevt Arzu Musayeva artıq illərdir tromboflebit, tromboz, varikoz kimi damar və tromb problemlərinin  cərrahi əməliyyata ehtiyac olmada, bioloji təbabət metodları, preparatları, ozonterapiya ilə uğurla müalicə etdiklərini bildirdi. 


"Bioloji təbabətlə aparılan müalicələrdə yan təsirlər, əks göstərişlər, adət etmə və ləğv etmə sindromu olmadığı üçün xəstələrdə o preparatları tam sağalana kimi uzun müddət tətbiq etmək mümkündür. 


Müxtəlif metodikalar tətbiq edirik. İlk növbədə illərlə yığılan zəhər və toksinlərdən orqanizmin drenaj detoksikasiya ilə təmizlənməsi, aşağı ətrafların arterial –venoz damar təchizatını artırmaq üçün bioloji aktiv nöqtələrə preparatların yeridilməsi tətbiq olunur. Tromboflebitə səbəb olan iltihabı proses və infeksiyalar nəzarətə alınır, immunitet səfərbər olunur. 


Trofik xoraların və tromboflebitin müalicəsi Bioloji təbabətin protokolları üzrə aparılır. Belə deyək bizim öz xüsusi qaydalarımız var. Burda təkcə yerli müalicə yox, həmin xoranı yaradan, formalaşdıran daha dərin amillərin patogenetik müalicəsinə yönəlirik”. 

 


 

 Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında;


Ətraflı məlumat üçün: (+994 12) 430 89 89; (+994 50) / (+994 55) / (+994 70) 430 89 89;





Tromboflebit  orqanizmdə gizli bombadır, hər an partlaya bilər –  Ən etibarlı müalicəsi barədə həkim məsləhəti
Tromboflebit  orqanizmdə gizli bombadır, hər an partlaya bilər –  Ən etibarlı müalicəsi barədə həkim məsləhəti