Bu göz probleminin 18 yaşa kimi düzəlmə şansı var- Uşaqlarda göz spazmı nədir?

  • 2019.02.01 17:32
  • 20012 Baxış
Bu göz probleminin 18 yaşa kimi düzəlmə şansı var-  Uşaqlarda göz spazmı nədir?

 


Gözlər üçün bir nömrəli stress faktoru məhz yaxın məsafəyə uzun müddət baxmaq vərdişinin formalaşmasıdır. Zəmanə uşaqları və gənclər  daha çox yaxına baxırlar: kompüter, telefon, televizor, kitab, qapalı məkanlar və s.


Təəssüf ki, bu gün yaşlı nəslin gözləri uşaq və gənclərə nisbətən daha yaxşı vəziyyətdədir. Çünki onların əksəriyyətinin cavanlığı şəhərdən uzaq mühitdə keçibdir və gözləri ilə uzaq məsafəni daha çox seyr edə bilmək  şansına sahib olublar. Yaşadığımız urban mühiti, daimi olaraq yaxın məsafəyə baxma zərurəti uşaq və yeniyetmələrimizdə daha erkən şəkildə görmə zəifliyi və göz tənbəlliyi yaradır. 


Bağçalarda, məktəblərdə eynəkli uşaqların sayının günü-gündən artması səbəblərindən biri də budur.



Medicina.az-ın əməkdaşı gənc nəslin göz problemi ilə bağlı Bioloji Təbabət Klinikasının oftalmoloqu Günel Xalıqverdiyevadan açıqlama alıb. 


O, uşaqların göz zəifliyinin artmasında, gələcəkdə müalicə olunmayacaq dərəcəyə çatmasında valideyn diqqətsizliyini önə çəkib.


"Uşaqlarda genetik meyillilik olduqda görmə zəifliyi daha tez meydana çıxır və proqressivləşmə daha sürətlə gedir. Belə uşaqları da erkən müayinələrə cəlb edib, xüsusi  müalicələrlə görmə zəifliyinin sürətli irəliləməsinin qarşısını ala bilərik.


Amma bir çox uşaqlar  genetik meyillik olmadan da görmə zəifliyindən əziyyət çəkirlər. Bu poblem daha çox göz daxilində siliar əzələlərdəki spazmla bağlı olur. Normalda bu əzələlər gözümüzün içərisində yerləşib, yaxını və uzağı fokuslaya bilir. Onların yığılmasının sayəsində yaxını, boşalması sayəsində uzağı görürük. 


Uşaq uzun müddət yaxına baxdıqda əzələlər gərgin yığıldığından uzağa baxdıqda əzələ boşala bilmir və nəticədə göz uzağı fokuslaya bilmir.

Bu prosesin qarşısı zamanında alınmazsa, görmə zəifləyir. 

Yaranmış əzələ spazmını vaxtında aradan qaldırmaq mütləqdir. Bu zaman müasir oftalmoloji aparatlarla müalicə kursu gözəl effekt verir.


Uşaqda göz spazmının olmasını valideyn çox vaxt bilmir, çox diqqətli valideyn uşağın uzağı görməsində problem olduğunu hiss edir”. 


Həkim uşağın gözündə problem olduğunun əlamətlərini açıqlayıb:

 

"Uşaq gözünü qıyaraq baxr, kitaba, lövhəyə, televizora yaxından baxır, gözünün birini bağlayaraq və ya başını yana əyərək baxır, tez-tez göz qırpma. sulanmalar da görmə zəifliyinin siqnalı ola bilər.

 

Spazm və görmə zəifliyinin olmasını yalnız əqiq oftalmoloji müayinə ilə aşkarlamaq olur  Görmə zəifliyinin vaxtında aradan götürülməsi üçün uşaqlar 1-3-6 və 14 yaşlarında ildə bir dəfə göz kontrolundan  keçməlidirlər.



G. Xalıqverdiyeva deyib ki, aparat müalicəsi 10 gün çəkir, hər gün 40 dəqiqə göz məşqləri keçirilir: "Burada göz dibi hüceyrələri aktivləşdirilir, göz əzələləri məşq etdirilir. Müalicənin tamamında yenidən gözü müayinə edirik.Görmədə artım olarsa, 3-4 aydan sonra müalicə yenidən təkrarlanır. Getdikcə kursların sayı azaldılır. Uşağın görməsi normallaşır. Əgər eynək təyin olunubsa, sonradan uşaq hətta eynəkdən azad da ola bilər.  Çünki uşaqlarda eynəklər müalicəvi xarakterlidir. 


Ona görə valideynlər 6 yaşa kimi övladlarının gözlərinin qayğısına qalıb, vaxtında müalicəyə başlasınlar ki, sonradan nə özləri, nə uşaq əziyyət çəkməsin”.

 


Bu göz probleminin 18 yaşa kimi düzəlmə şansı var-  Uşaqlarda göz spazmı nədir?
Bu göz probleminin 18 yaşa kimi düzəlmə şansı var-  Uşaqlarda göz spazmı nədir?
Bu göz probleminin 18 yaşa kimi düzəlmə şansı var-  Uşaqlarda göz spazmı nədir?