Vitamin C süd vəzi xərçəngi xəstələrinə müsbət təsir edir - Almaniyada tədqiqat

  • 2018.03.16 18:50
  • 23399 Baxış
Vitamin C süd vəzi xərçəngi xəstələrinə müsbət təsir edir -  Almaniyada tədqiqat
Vitamin C–nin venadaxili tətbiqi süd vəzi xərçəngi

olan pasientlərdə kimya/radioterapiya zamanı və reabilitasiya

dövründə həyat keyfiyyətinin yaxşılaşdırmasına dair Almaniyada

keçirilən retrospektiv, çoxmərkəzli, epidemioloji kohort tədqiqatın nəticələri


Klaudia Vollbraxt, Bersold Şneyder, Van Lendert, 

Qabriyel Veis, Leo Auerbax, Cosef Beus

Çap edilib: In vivo 25: 983-990 (2011)

XÜLASƏ:


Tədqiqatın məqsədi süd vəzi (SV) xərçəngi olan qadınların əməliyyatsonrası dövrün birinci ilində venadaxili vitamin C tətbiqinin praktikada effektivliyini və təhlükəsizliyini dəyərləndirməkdir. Pasiyentlər və metodlar: 15 ginekoloq və ümumi terapevt heyətinin iştirakı ilə həyata keçirilən epidemioloji, çoxmərkəzli kohort tədqiqatı Almaniya ərazisini əhatə edir. Tədqiqat üçün UICC (Xərçəng Əleyhinə Beynəlxalq Təşkilat)-dən götürülmüş məlumata əsasən  IIa-dan IIIb mərhələsinə kimi olan 125 SV xərçəngi xəstələri seçilmişdir. Bunlardan 53 pasiyentə (tədqiqat qrupu) 4 həftə müddətində standart şişəleyhinə müalicə ilə yanaşı venadaxili vitamin C (Pascorbin 7.5 g) infuziyası təyin olunmuşdur, 72 pasiyentə (kontrol qrupu) isə yanaşı vitamin C infuziyası tətbiq olunmamışdır. Bu müalicənin effektivliyi xəstəliyin ağırlıq dərəcəsi, yaxud köməkçi kimya və radioterapiya zamanı və sonrakı dövrdə yaranan fəsadlara əsasən qiymətləndirilmişdir.

 

Nəticələr: kontrol və tədqiqat qruplarının müqayisəsi nəticəsində aşkar olundu ki, Vitamin C-nin venadaxili tətbiqi xəstəlik və kimya/radioterapiya zamanı yaranan ürəkbulanma, iştahasızlıq, yorğunluq, depressiya, yuxu pozulmaları, başgicəllənmə, hemorragik diatez kimi şikayətlərin əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur. Yaşa və başlanğıc vəziyyətə görə tənzimləmə aparıldıqdan sonra (adyuvant terapiya, kimyaterapiya və radioterapiya), adyuvant terapiya və əməliyyatsonrası dövrdə simptomların ümumi intensivlik göstəricisinin kontrol qrupunda tədqiqat qrupundan iki dəfə yüksək olması aşkarlandı.

 


Vitamin C-nin venadaxili tətbiqinin heç bir yan təsiri aşkarlanmadı. Müzakirə: Oksidativ stress və vitamin C çatışmazlığı protokola əsaslanan adyuvant kimya/radioterapiyanın mənfi təsirlərinin etiologiyasında mühüm rol oynayır.  Döş xərçəngi olan pasiyentlərdə komplementar terapiya kimi intravenoz vitamin C-nin tətbiqi antioksidativ qabiliyyəti bərpa edərək xəstəliyin inkişafının qarşısının alınmasında və ya klinik simptomlarının və müalicə zamanı yaranan şikayətlərin azalmasında rol oynayır. 


Nəticə: SV xərçəngi olan pasiyentlərdə venadaxili vitamin C ilə aparılan komplementar terapiya standart tumor-destruktiv terapiya nəticəsində həyat keyfiyyətini pisləşdirən yan təsirlərə qarşı tolerantlığı optimallaşdırır.