Xəstəliyinin səbəblərini bir metodla təyin et - Bütün virus, infeksiya, qurd və iltihabı göstərən cihaz

  • 2018.01.12 14:55
  • 29696 Baxış
Xəstəliyinin səbəblərini bir metodla təyin et -  Bütün virus, infeksiya, qurd və iltihabı göstərən cihaz
Biorezonans test – BRT  dünyada 30 ildən çoxdur tətbiq olunur. 


1978-ci ildə alman alimi H. Şimmel "İMEDİS test” bio rezonans testləşdirmə (BRT) metodu ilə elektropunktur diaqnostika cihazını təklif etdi. Buna səbəb müasir diaqnostika aparatlarının (KT, endoskopiya, USM) fəaliyyət göstərməsinə baxmayaraq bəzi xəstəliklərin səbəblərini aşkar etməkdə bir çox çətinliklərin olması idi. 


Bildiyimiz kimi, ətraf mühit parazitlərlə doludur və onlar həmişə müxtəlif yollarla bizi yoluxdurmağa hazırdır və insanlar yoluxmadan sığortalanmayıb. Orqanizmə daxil olan bu parazitlərin ifraz etdiyi toksinlər praktiki olaraq bütün orqan və toxumaların zədələnməsinə, immunitetin zəifləməsinə, allergik halların yaranmasına, mədə-bağırsaq və sinir sistemi pozulmalarına gətirir. Məlumdur ki, parazitləri aşkar etmək üçün nəcisin, qanın müayinəsindən istifadə olunur. Lakin nəcisin müayinəsində parazitlər çox vaxt aşkar olunmur. Qanın seroloji müayinəsində parazitlərə qarşı antitellər yoluxmadan 5-10 gün sonra yaranır və bir neçə aydan sonra qandan yox olur. Bütün bunları nəzərə alaraq alimlər xəstəlik törədən virus, bakteriya, mikrob, qurd və göbələklərin elektromaqnit dalğalarını ölçərək həmin cihazın proqramına yeritdilər. Parazitləri aşkar etmək üçün pasiyentin barmağındakı bioloji aktiv nöqtələrdən istifadə olunur. Belə nöqtələr bütün daxili orqanlarla əlaqəli olur.Cihazın qələm kimi elektrodu pasiyentin barmağındakı nöqtəyə toxundurularaq müxtəlif növ parazitlərin dalğalarını növbə ilə onun daxili orqanlarına ötürür. Əgər pasiyentin bədənində müvafiq parazit varsa, onda dalğalar üst-üstə düşür və kompüter bunu qeyd edir. Aşkar edilmiş parazitlər eyni zamanda əks dalğalarla məhv edilə bilər. Bu üsulla müalicə və diaqnostika tam ziyansızdır.


 

BRT-nin üstünlükləri:


1.Dərmansız, iynəsiz, ağrısız üsulla müayinə və müalicə


2.Dərmanın təsir edə bilmədiyi yerlərə çatır


3.Dərman maddələrindən fərqli olaraq toksiki təsiri yoxdur


4.Parenximatoz orqanlara, MSS-nə, psixoemosional sferaya, boşluqlara (hətta alın və burun ciblərinə) çox güclü sirayət edir.


BRT ilə təyin olunur:


-toxumalarda iltihabi, degenerativ, destruktiv dəyişiklilər


-dərman effektivliyi və onların tolerantlığı


-nozodoterapiyaya göstərişin təyini


-vitamin,mineral ferment, mikroelementlərin defisitinin təyini


-allergiyanın ağırlıq dərəcəsinin təyini


-virus, bakteriya, göbələk, qurd və parazitlərin təyini


-endokrin, psixoemosional sferanın və immun statusun vəziyyətini təyin etmək


-ağır metallar və digər toksiki elementləri aşkar etmək


-bioloji yaş indeksinin təyin olunması


Bütün bu səbəbləri öyrənmək, düzgün diaqnoz və müalicə almaq üçün Bioloji təbabət klinikasının Biorezonans test xidmətindən istifadə edə bilərsiz.


Bioloji Təbabət Klinikası ilə əlaqə və ünvan:


Bakı,: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında


Tel.: (012) / (050) / (055) / (070) 430 89 89