“Sonsuzluğun müalicəsində çətin nə var ki, qadınlar illərlə həkim gəzir?”- Uzman dr. Olcay Turgutdan şok AÇIQLAMALAR

  • 05 İyul, 2019
  • 14817 Baxış
“Sonsuzluğun müalicəsində çətin nə var ki, qadınlar illərlə həkim gəzir?”- Uzman dr. Olcay Turgutdan şok AÇIQLAMALAR
Burda dəbdədir: uşaqlıq yolunun yuyulması.  Şprislə, müxtəlif vasitələrlə hansısa dərman, bitki, su yeridilməsi çox yanlış addımdır, Uşaqlıq yolunun özünün pH balansı və laktobakteriyaları var. Onları biz yuyarsaq, infeksiyaya yol açırlıq, uşaqlıq boynunda eroziyalar yaradır. 

 
Olcay Turgut  Hacettepe  tibb universitetini bitirib. Ankara Atatürk Egitim Qadın doğum xəstəxanasında 5 illik uzmanlıq təhsili alıb. Bu təhsil müddətində laboroskopik əməliyyatlar, vaginal estetik cərrahiyyə üzrə ixtisaslaşır. 

Türkiyədə çalışarkən Azərbaycandan təklif gəlir, burda endoskopik-laporoskopik cərrahiyyə üzrə ixtisaslı kadra ehtiyac olduğu bildirilir.  2013-cü ildən Bakıdadır.  Doğum,sonsuzluq, keysəriyyə, ginekoloji, estetik əməliyyatlarla məşğul olur.  2015-ci ildə süni mayalanma üzrə Ankara universitetində yan-dallıq üzrə təhsil alaraq, üst uzman səviyyəsinə yüksəlir. 

Həkim bildirir ki, süni mayalanma uzmanı təkcə bu metodla yox, reproduktiv dönəmdə qadının horrmonal endokrinoloji aktivliyinin bərpası,  ovulyasiya, aybaşı pozuntuları ilə də məşğul olur. 

Hazırda Baku Medikal Plaza Medilux klinikada Süni mayalanma və qadın uzmanı olaraq çalışan Olcay Turgut medicina.az-a müsahibə verib. Həkim müsahibəsində sonsuzluq və süni mayalanma üzrə ən problemli məqamları açıqlayıb, maraqlı məsləhətlər verib. Həmin müsahibəni təqdim edirik:

-Olcay həkim, hazırda qadınların sonsuzluqla bağlı üzləşdiyi əsas problemlər hansıdır və süni mayalanmanı labüd edən səbəblər hansılardır?
-
-Süni mayalanma sonsuzluqla mübarizədə ən sonuncu pillədir. Süni mayalanma uzmanı o demək deyil ki, elə övladı olmayan qadın gələn kimi yumurta ilə spermi birləşdirib, iynə ilə uşaqlığa qoyur, vəssəlam.  Bizim  üstünlüyümüz qadının hormonal balansını mükəmməl bilməyimizdir.  Çünki hormonal disbalansı olan, hormonların çatışmazlığı olan qadında süni mayalanma tutmaz. 

Sonsuzluqla  bağlı problemlər bütün dünya qadınları üçün eynidir. Son zamanlar sonsuzluqla, süni mayalanmada qlobal problem  qadının yaşı ilə bağlıdır. Müasir qadınlar daha gec ailə qurur və gec yaşlarda hamiləliyi planlayır. Yaxşı ki, Azərbaycanda hələ bu problem kritik həddə deyil. Burda qızlar normal yaşda ailə qurur, problemlər də tez aşkarlanır, lazım gələrsə süni malayanmaya da erkən alınır. 

Sonsuzlugun səbəbini tibb 4 qrupa ayırır: 25% qadına bağlı – ginekoloji problemlər. 25% kişiyə bağlı. 25% həm qadında, həm kişidə problem var. 25 % heç birində problem yoxdur, buna səbəbi bilinməyən sonsuzluq deyilir. Burda da problem var, sadəcə indi tibb bunu aydınlatmaq gücündə deyil. Məsələn, sperm hərəkətli, borulardan keçdi, yumurtlama oldu, hər şey düzgün gedir. Sperma ilə yumurtanın birləşməsi anında bir problem yaşanır,  bunu  yoxlayan bir metod, yöntəm varmı? Dünyada yoxdur.

Ona görə bu kimi problemləri səbəbi bilinməyən sonsuzluğa aid edirik. Bunu həll etməyin bir yolu var, sperm ilə yumurtanı biz laboratoriyada birləşdirib, yerləşdiririk. 

Ya da formalaşan embrion var, o 5-6 gün içərisində  uşaqlığın içərisinə yol alır. Borunun içərisində fırça kimi hərəkət edən kipriklər var, onlar embrionu irəli ötürməlidir. Onlar  yaxşı çalışmır, hamiləlik baş vermir, bunu da dianoz edə bilmirik, o prosesi göstərən yöntəm yoxdur.  Genetik problemlər var ki, məsələn embrion uşaqlıq divarına yapışmır. Bunu da 10-20 il sonra tibb çözə bilər. Bu problemlərdə süni mayalanma da təəssüf ki uğursuz olur.

-Uşaqlıq orqanının içini necə yoxlayırsız və polip, miom olması hamiləliyə mane olurmu?
-Histereskopiya deyilən yöntəmlə uşaqlığın içində, endometriumda bir problem:yapışıqlar, spaykalar varsa, onları açmalı, düzəltməliyik. Uşaqlıq boşluğunda polip varsa aradan qaldırırıq. Miomların isə yerinə, basqısına baxırıq. Çox vaxt miomla uğraşmırıq. Polip bəli sonsuzluğa səbəb olan anatomik fəsaddır. 
 
 


 

-Süni mayalanma üçün də pasiyentlər azı 80% qaranti istəyir. Onun uğurlu alınması kimdən asılıdır? Həkimdən, yoxsa pasiyentdən?

-Dünya statistikasında ən yaxşı, uyğun şərtlərlə süni mayalanma 60% effekt verir. O da xanımın yaşı 35 yaşın altında olarsa.  35-40 arası 40% olur. Yaş artdıqca şanslar azalır. Ən yuxarı yaş həddi  41-43 arası süni mayalanma edib uğurlu nəticə aldığımız olub. Amma bütün 43 yaşlılara söz verə bilmərik. 40 yaşın üstündə kateroqiya üçün 20% -dir. 

Ona görə sonsuzluq problemi varsa, süni mayalanma üçün vaxtı itirməməlidir.

Sperm 80-120 gün ərzində yenidən yaranır, artır. Amma qadın ana qarnında kodlaşan və sayı bəlli olan yumurtalarını istifadə edir.  Bir qız uşağının ana qarnında olarkən 7 milyon yumurtası olur. Doğulduğu zaman 5 milyonu ölür, 2 milyonu qalır. İlk aybaşı gördüyündə yenə bir hissəsi məhv olur və cəmi 400 min yumurta qalır.  Hər ay menstruasiya olduqca 1000-1200 yumurta məhv olur. Bu yumurtaların cəmi 1-2 si döllənmək, hamiləlik üçün yetişir. 35 –dən  sonra nəinki sayı azalır, həmçinin qocalır. 35-40 yaşlı qadının yumurtası 50-60 yaşlı qadının yumurtası kimi hesab edin. 

O ki qaldı həkimə... Mən ildə 100 xəstəyə süni mayalanma etdim, hamısı da alındı, 10 ildə  minlərlə xəstəyə övlad verdim, bunları demək, belə reklamlar yanlışdır.  Bir həkim 100də 100 hər xəstəsində uğurlu süni mayalanma edə bilməz. Bu absurddur. İnsanları çaşdırmaq olmaz. 

13 dəfə ard-arda süni mayalanma etmiş, alınmamış xəstəmiz olub. Normalda 3-4 dəfə süni mayalanma etmiş qadında uğur şansı azalır. Spermin genetik analizini etdik, orda problem var idi. Problemi çözdük, süni mayalanma alındı. 
 
 

Boruların ucuları bağlıdırsa, yapışıbsa mən laporoskopik girib onu aça bilərəm.
Amma içi, ortası yapışıbsa, onu açmaq mümkün deyil. 


-Sonsuzluqla mübarizə nə qədər vaxt çəkir? Niyə qadınlar illərlə həkimləri gəzir, müalicələrə bu qədər pul sərf edir?
 
-Əslində, sonsuzluğun müalicəsi 2-3 ay çəkər. Niyə uzansın ki?  Sizə sonsuzluğun müalicəsi ilə bağlı təməl şərtləri deyirəm, bunları bilsəz elə siz müalicə edərsiz, yəni o qədər asandır. 

Bir sonsuzluq problemi ilə gələn qadında 3 şeyə baxacaqsız:
-Kişidə Sperm varmı?
-Yumurtlama, ovulyasiya varmı, bunun üçün hormonlar yoxlanılır
-Borular çəkilir və USM-də orqanlara baxılır, anatomik problemlər varsa həll olunur. 
 
Ondan sonra problemləri bir- bir həll edirik. Nə qədər vaxt, nə maliyyə tutur ki? 
Hər ay yumurtlama olarsa, 5-6 ay özünün hamilə qalmasını gözləyirik.  6-7 ay ərzində hamilə qalmırsa, bizim həll edəcəyimiz problem yoxdursa, o zaman süni mayalanma üçün hazırlıqlar başlanır.

Sonsuzluğun ən böyük səbəblərdən biri də spaykaların olmasıdır. Bir xəstəmdə 12 illik sonsuzluğun səbəbi spayka idi.  Keçirilmiş abortlar, infeksiyalar spayka yaradır. 5-6 dəfə uğursuz süni mayalanma keçirmiş xəstələrimiz olub, 1 cəhddə hamilə qala bildi. 

20 yaşında qadında 1 ili keçmiş sonsuzluğu var. Spermdə problem yox, yumurtada problem yox. Deməli, səbəbi bilinməyən idiopatik sonsuzluqdur. Bunun nəyini müalicə edəcəyik? 1-2 il keçib, deməli, süni mayalanmaya başlamaq lazımdır. Bunu mən demirəm, Amerika tibbi, dünya tibbi, alimlər deyir. İlk başda aşılama edirik, o da alınmasa, süni mayalanma.

Ovulyasiya problemi varsa, onu çözəcəksiz. Borular qapalıdırsa, boru açılmır, süni malayanma olmalıdır. Uşaqlığın içində polip varsa  götürülməlidir. sparkalar çıxarılmalıdır. Endometrium qalınlaşmır, nahamardır. Bunları da düzəltmək lazımdır.

-Bəs boruları yuyurlar, açmağa cəhd edirlər, müalicə yazırlar? Bunlar köhnəlib?

-Bağlı boruları açmaq metodikası dünyada yoxdur. Boruların ucuları bağlıdırsa, yapışıbsa mən laporoskopik girib onu aça bilərəm. Amma içi, ortası yapışıbsa, onu açmaq mümkün deyil. 

Hamilə qala bilməyəndə boruların yuyulması, uşaqlıq yolunun yuyulması tibdə artıq tətbiq olunmur. Boru yumaq infeksiyaya yoluxma riskini artırır. 
Xəstə gəlir ki, 2-3 dəfə boru filmi çəkdirib. Olmaz. Boru filmi 1 dəfə çəkilər, hər həkim də o tək çəkimə baxmalıdır. Bağlısa bağlı olacaq açılmır, açıqsa açıqdır. Boruların içinə hər dəfə müdaxilə, maye yeritmək zərərlidir. 

Burda dəbdədir: uşaqlıq yolunun yuyulması.  Şprislə müxtəlif vasitələrlə hansısa dərman, bitki, su iyeridilməsi çox yanlış addımdır, Uşaqlıq yolunun özünün pH balansı və laktobakteriyaları var. Onları biz yuyarsaq, infeksiyaya yol açırlıq, uşaqlıq boynunda eroziyalar yaradır. 

-Eroziyalar da geniş yayılıb. Bu hamiləliyə mane olurmu? Onun yandırılmasına münasibətiniz necədir? 

-Uşaqlığın transformasion zomunda hüceyrə səviyyəsində təkqatlı kub epitelin çoxqatlı yastı epitelə çevrildiyi bir yer var. Bu daha üst incə qata çıxarsa, biz buna eroziya deyirik.  Eroziyada infeksiya, xərçəng şişlərinə qarşı həssaslıq riski artır. Bunun üçün bu problem həll olunmalıdır. 80% də sadəcə müalicə ilə düzəlir. Müalicələrlə effekt almırıqsa, yandırıla bilər. Bəs yandırıldıqda qadın hamilə qala bilməzmi, doğuş ola bilməzmi, xeyr, əlaqəsi yoxdur, ola bilər. Epitel toxumada baş verən prosedurdur, o bərpa olur.
 
Hər kəsin eroziyası yandırılmalıdır deyə protokol yoxdur. Ən önəmlisi yandırma olacaqsa, PAP test olmalıdır. Bizim istifadə etdiyimiz luvuva cihazımız var, bu cihaz PAP testdən daha dəqiq nəticələr verir. Uşaqlıq boynunu bu cihazla yoxlayırıq,  bədxassəli hüceyrələr varmı epiteldə. Varsa yandırılma olmaz. Pis bir hüceyrə olmadığına əmin olandan  sonra lazımlı işləri görürük. Bunsuz eroziyanı yandırmağa başlamaq olmaz. 

-Süni mayalanmadan sonra təbii olaraq hamilə qalma faktları olurmu?

-Olur, səbəbi tapılmayan sonsuzluqlarda olur. Amma borular bağlıdırsa və ya azospermdirsə qalmır. Süni mayalanmadan sonra hamiləlikdə yumurtalar istirahət etdiyi üçün güc yığır və daha yaxşı çalışır, körpədən kök hüceyrələr vücuda gəlir. Ona görə süni mayalanmadan sonra özü hamilə qalanlar çox olur.

-Qadın bəlli yaşdan sonra ana olmağa gecikməməsi üçün  gənc yaşda yumurtalarından yığdırıb dondura bilərmi?
-
-Bəli olar. Dünyada da var, bizdə də mümkündür. Müəyyən yaşa çatıb, hələ evli deyil, nə vaxt evli olacağı da bilinmir, amma gələcəkdə ana olmaq şansını itirməsin deyə nə qədər fürsət var sağlam yumurtalarından yığdıra bilər. Və ya qadın gənc yaşdadır, xərçəng olub, əməliyyat olacaq, kimya alacaq, yumurtalıqlar zərər görəcək, o zaman hələ sağlam ikən yumurtalar toplanır, dondurulur ki, sağalandan sonra ana ola bilsin. Yumurta dondurmaq çox gözəl şansdır, bunu çox qadınlar bilməli, lazımdırsa, toplamalıdır.
Dondurulmuş yumurta uzun illər, ömürlük qala bilər.

Onu da deyim ki, hazırda bizdə süni mayalanma və sonsuzluq üçün dünyada tətbiq olunan hər növ müayinə, genetik analizlər, avadanlıqlar var.  Genetik testlər edirik. Laboratoriyamiz müasirdir. Embrioloqumuz Türkiyədən uzman həkimdir. Biz bir komandayıq. 
 
AYGÜN M, 
MEDİCİNA 

Olcay Turgutla əlaqə:
tel: 055 462 01 71 
Baku Medikal Plaza Medilux filial
Kral Hüseyn küçəsi 66B


 
PS. Hazırda Olcaq Turgut doktorda süni mayalanma 3200 AZN təşkil edir.