Nənələrimizin bəzək əşyası kəhrəba - Niyə indi istifadə edilmir?

  • 2018.12.03 17:00
  • 24095 Baxış
Nənələrimizin bəzək əşyası kəhrəba -  Niyə indi istifadə edilmir?
Kəhrəba iynəyarpaqlı ağacların qətranının daşlaşması nəticəsində əmələ gələn mineraldır. Ağac qətranının kəhrəbaya çevrilməsi uzun illər boyunca gedən çox mürəkkəb prosesdir. 


Bəlkə də çoxlarınız kəhrəbanın möcüzəvi xüsusiyyətləri barədə eşitmisiniz. Bu qeyri-adi daş uzun illər boyunca bəzək əşyası kimi istifadə olunmaqdan əlavə, həm də müalicəvi təsirə malik olması ilə tanınıb. Kəhrəbanın öz sahibinə sakitləşdirici və qoruyucu təsir göstərdiyi bildirilir. Lakin müasir zamanda kəhrəbadan elə də geniş istifadə edilmir. İbn Sina kəhrəbanı bir çox dərdin dərmanı hesab edirdi.


Medicina.az xəbər verir ki, ən yaxşı kəhrəba işlənməmiş kəhrəba hesab edilir. Kəhrəbadan hazırlanmış boyunbağıların qalxanabənzər vəziyə müsbət təsir etdiyi məlumdur. Kəhrəba həmçinin də ağciyər və ürək xəstəliklərində də müsbət təsir göstərir. 


Kəhrəba daşından hazırlanan kəhrəba tozu, məlhəmi və turşusu həmçinin də bir çox oynaq xəstəliklərində, radikulitdə istifadə edilir. 


Təbii kəhrəba daşı dəri ilə təmasda olduqda onu kəhrəba turşusu və duzları ilə zənginləşdirir.  Özündə bir sıra maddələri birləşdirən bu möcüzəvi daşın tərkibində  orqanizm üçün vacib olan bir sıra kimyəvi birləşmələr möcuddur. Onların miqdarı və müxtəlifliyi əmələ gəldiyi ərazidən asılıdır. Kəhrəba insanın sinir sistemini stimullaşdırır və depressiyadan xilas edir. 


Daha əvvəllər kəhrəba yenidoğulmuş uşaqların bədəninə bağlanılırdı. Belə hesab olunurdu ki, kəhrəba uşaqları daha sağlam edirvə sakitləşdirir.


Arzu

Medicina.az