Ölülərin cəsədlərindən almaz hazırlayacaqlar – İNANILMAZ ADDIM

  • 2019.04.12 11:10
  • 14108 Baxış
Ölülərin cəsədlərindən almaz hazırlayacaqlar –   İNANILMAZ ADDIM
 

2020-ci ildə ABŞ-da dünyasını dəyişən insanların çoxunu dəfn etmək əvəzinə yandırmaq dəbdə olacaq. 


Medicina.az xəbər verir ki, İsveçrə şirkəti olan Algordanza bu üsula alternativ təklif edir.  İnsan bədəni süni almaza çevrilə bilən karbonla zəngindir. Dünyasını dəyişən insanın bədənindən əldə edilən bu qiymətli və uzun ömürlü daş həmin insan haqda bir çox xatirələrə malik olacaq. 


İnsan bədəninin almaza çevrilməsi adicə 2.5-4.5 kq külün əldə edilməsi ilə nəticələnən kremasiya – ölünün yandırılması prosesidir.  Almazın əldə edilməsi üçün ən az 500 qr kül alınmalıdır. Buna görə də daha az kül əldə olunan zaman sadəcə olaraq yandırılma kamerasına kömür əlavə edilir.

 

Külün 1 faizi bor elementidir ki, bu maddə almaza göy rəng verir.  Sifarişçinin istəyinə bağlı olaraq almaza açıq mavidən, tünd göyə qədər rəng tonu verilə bilər. 


Yandırılma kamerasında temperatur 1370 °S, təzyiq isə  hər kv.sm-ə 27 ton təşkil edir. Bu proses 6-8 həftə bəzən isə daha uzun müddət çəkir. 


Küldən əldə edilən almaz 0.3 karat olur və 3000 dollara başa gəlir.
Ölülərin cəsədlərindən almaz hazırlayacaqlar –   İNANILMAZ ADDIM