3 yaşlı uşaq Neyrocərrahiyyə Xəstəxanasında öldü

  • 2019.10.10 09:56
  • 4788 Baxış
3 yaşlı uşaq Neyrocərrahiyyə Xəstəxanasında öldü
Bakıda xəstəxanada 3 yaşlı uşaq dünyasını dəyişib.


Medicina.az report-a istinadən xəbər verir ki, hadisə oktyabrın 9-da Xətai rayonunda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasında baş verib.

Belə ki, oktyabrın 3-də Qobustan rayon sakini, 2016-cı il təvəllüdlü Rasim Muradov başın əzilmiş yaraları xəsarəti ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra yaralı əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına, oradan da Bakıda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Oktyabrın 9-da isə körpə orada ölüb.

Faktla bağlı Qobustan Rayon Prokurorluğunda araşdırılma aparılır.