5 ay ərzində Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub

  • 11 İyul, 2019
  • 1490 Baxış
 5 ay ərzində Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub

Bu ilin 5 ayında Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub.
2019-cu il iyunun 1-nə olan vəziyyətə əsasən, ölkə əhalisi  10013,1 min nəfər olub.

Medicina.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, cari ilin 5 ayı ərzində  Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56254 doğulan körpə qeydə alınıb. Onlardan 30053 nəfəri oğlan, 26201 nəfəri isə qız uşağı olub. Körpələrdən 1238-i əkiz, 36-ı isə üçəm doğulanlardır.

Qeyd edək ki, bu il aprelin 6-da Azərbaycanın 10 milyonuncu vətəndaşı doğulub.