Arıqlamaq istəyənlərin düşdüyü 5 “TƏLƏ” - Kim deyib ki, bu qidalar arıqladır?

  • 2018.11.19 13:32
  • 18832 Baxış
Arıqlamaq istəyənlərin düşdüyü 5 “TƏLƏ” -  Kim deyib ki, bu qidalar arıqladır?
Bir çoxları pəhriz saxlamalarına və mütəmadi olaraq fiziki aktivliklə məşğul olmalarına baxmayaraq çəki ata bilmirlər. Bunun ən əsas səbəblərindən biri  də "sağlam qida” adlandırılan qidanın əslində təqdim edildiyi qədər sağlam olmamasıdır. Belə ki, bir çox ərzaqlarda və içkilərdə arıqlamağa mane olan gizli yağlar, şəkər, duz olur.  


Çəkinin itirilməsi əslində qəbul edilən kalorinin azaldılması ilə bağlıdır. Belə ki, arıqlamaq istəyən və sağlam həyat tərzinə üstünlük verən insanların düşə biləcəkləri 5 "tələ” var. 


Medicina.az sizə arıqlamaq istəyən insanların "doğru” bildiyi yalnışları təqdim edir: 


1. Bütün salatlar arıqladır: Əgər söhbət yalnız tərəvəz salatlarından gedirsə, o zaman bu fikir doğru hesab edilə bilər. Amma salatlara qatılan bəzi əlavələr onun kalorililiyini artırır. Məsələn: "Sezar” salatının tərkibində çoxlu miqdarda gizli yağ var: toyuq (8 qr yağ - 86 kkal), parmezan (6 qr yağ, 51 kkal), qaymaqlı sous (20 qr yağ, 184 kkal), qızardılmış çörək. 


Beləliklə də bir boşqab "Sezar” salatı yeməklə yetkin insanın gündəlik qidası zamanı alacağı kalorinin 70%-ni almaq mümkünüdür. 

Əsasən yağlar yeməklərin yüksək kalorililiyini təmin  edir. Buna görə də yemək hazırlayan zaman ədviyyatlarla, souslarla və tərkibində yağ çox olan ərzaqlarla ehtiyatla davranmaq lazımdır.

 

2. "Ziyanlı” qidalar aşağı qidalılıq xüsusiyyətlərinə malikdır. Bu qidalara peçenye, çipsi və s. aid etmək olar. Bir çoxları bu cür qidaları "sağlam atışdırmalıq”larla – myusli batonları, zülal kürəcikləri ilə əvəzləyərək səhvə yol verirlər. Əlbəttə ki, myusli batonunun tərkibində xeyirli əlavələr (qoz, bitki toxumları) olur, amma onları şəkərlə hazırlayırlar. Belə ki, yoqurtlu, meyvəli və qozlu batonların tərkibində 4-6 çay qaşığına qədər şəkər olur.


3. Təbii şəkər daha xeyirlidir. Hazırda tərkibində təbii şəkər olan qidalar daha populyardır. Amma qidalılıq keyfiyyətlərinə görə, bal ilə şəkərin heç bir fərqi yoxdur. 


Əgər siz şirin çaysız və qəhvəsiz bacarmırsınızsa, o zaman onu soya südü ilə də əvəzləyə bilərsiniz. Lakin orqanizmi bu qidaya öyrəşdirmək lazımdır. Yaxşı olardı ki, soya südünə öyrəşmək üçün şəkəri tədricən azaldıb südün miqdarını artırasınız. 


4. Meyvənin hər formada yeyilməsi xeyirlidir. Meyvəli içkilərin yalnız 25%-i meyvə şirəsindən, yerdə qalan hissəsinin böyük bir qismi isə şəkərdən ibarətdir.  100%-lik meyvə şirəsində meyvədən fərqli olaraq liflər yoxdur. Bu isə şəkərin qısa müddətdə qana sovrulmasını təmin edir və çəki almağa səbəb olur. Məsləhətdir ki, meyvəni bütöv şəkildə istifadə edəsiniz. 


5. İçkilər həddən artıq kalorili ola bilməz. Arıqlamağa cəhd edən insanlar elə düşünürlər ki,  alkoqollu içkilər alkoqolsuz şirin içkilərdən fərqli olaraq çəki almağa səbəb olmur. Amma bu belə deyil. Bir böyük pivə bokalında 146 kkal var. 2 qədəh qırmızı şərab qəbul edərək 160 kkal qəbul etmiş olursunuz.  


Arıqlamaq üçün edilən səhvlər bununla da bitmir. Çünki doğru ərzaqları seçməkdən əlavə onların hansı miqdarda qəbul edilməsi də çox vacibdir. 


Arzu

Medicina.az