Kökəlmək istəməyənlərə daha bir məsləhət – Yeməyi yavaş yeyin

  • 2018.03.26 14:11
  • 21281 Baxış
Kökəlmək istəməyənlərə daha bir məsləhət –  Yeməyi yavaş yeyin
Asta yemək kökəlməyin qarşısını alır. Tez-tez yemək isə hədsiz dərəcədə artıq çəki qazandırır.


Medicina.az xəbər verir ki, bu, yaponiyalı mütəxəssislərin apardığı araşdırmalar zamanı məlum olub. Araşdırmalara görə, yavaş yeyənlərdə artıq çəkinin yol açdığı şəkər, ürək və xərçəng xəstəlikləri riski daha az müşahidə edilir. Həmçinin nəticələrdə yemək aralarında atışdırmalıq qidalardan istifadə etməmək tövsiyə edilib.


Mütəxəssislər axşam yeməyini yatmazdan iki saat əvvəl yeməyin kökəlməyin qarşısını aldığını qeyd ediblər.

 

Şəhanə Quliyeva