Plastik butulkalarda su alarkən DİQQƏTLİ OLUN - ZƏHƏRLƏNƏ BİLƏRSİNİZ/VİDEO

  • 2018.06.04 12:10
  • 11823 Baxış
Plastik butulkalarda su alarkən DİQQƏTLİ OLUN -  ZƏHƏRLƏNƏ BİLƏRSİNİZ/VİDEO
Plastik qablarda olan su açıq günəş altında qaldıqda zəhərlənməyə səbəb ola bilər. Günəş şüalarının plastik qabla reaksiyaya girməsi nəticəsində qabdakı suyun tərkibi dəyişir. Nəticədə isə bu, zəhərlənməyə səbəb olur. Mütəxəssislər vətəndaşları diqqətli olmağa çağırırlar.


Plastik qablara yığılmış su xroniki zəhərlənməyə səbəb ola bilər.


Araşdırmalara görə, plastik qab açıq günəş altında qaldıqda onun içərisində olan suyun tərkibi dəyişir və nəticədə baş verən kimyəvi reaksiya zəhərlənməyə gətirib çıxara bilər.


Günəş altında qalan su içildikdən bir müddət sonra orqanizmdə toksiki maddələrin toplanmasına səbəb olur. Bu isə zəhərlənməyə gətirib çıxarır. Məhz buna görə də həmin sular qapalı yerdə saxlanılmalıdır. 


Baş toksikoloq Azər Maqsudovun sözlərinə görə, həmin qabların təkrar istifadəsi də düzgün deyil. Havaların isinməsi günəş şüaları ilə reaksiyanı daha da sürətləndirir. Mütəxəsislər vətəndaşları xüsusilə də yay aylarında su alarkən diqqətli olmağa çağırırlar.