Ətrafımızdakı gizli pedofillər kimlərdir? – PSİXOLOQDAN UŞAQBAZLIQLA BAĞLI TÜKÜRPƏDƏN YAZI

  • 15 İyl 2019 11:21
  • 9657 Baxış
Ətrafımızdakı gizli pedofillər kimlərdir?  – PSİXOLOQDAN UŞAQBAZLIQLA BAĞLI TÜKÜRPƏDƏN YAZI

Azərbaycan dilində uşaqbazlıq kimi bilinən pedofiliya (uşaqlara qarşı seksual hisslər) insanlıq tarixi boyu mövcud olub. Onun qarşısını ən sərt,  hətta qəddar cəzalarla, dini-əxlaqi qadağalarla belə almaq mümkün olmayıb. Medicina.az mövzu ilə bağlı yazını təqdim edir.

 

 İnsanın şüuraltında istənilən əxlaqi, psixoloji deformasiyalar - əyriliklər mövcuddur və uyğun şərait, stimullaşdırıcı amillər, cəzasızlıq, qapalı cəmiyyətlər və sair həmin deformasiyaları üzə çıxarır.

 

 

Əgər bu hisslərin insanın şüuraltında gizlin yaşadığını qəbul etsək, onda bəs bu istək oraya haradan gəlir?

Müasir araşdırmalar bunun genetik xəstəlik olmadığını sübut edir. Bu fikirlərdən yola çıxaraq, pedofiliyanın genetik olmadığını qəbul etməliyik. Lakin bu araşdırmalarda genetik yaddaş haqda heç bir qeyd yoxdur. Yaddaş - nitq, eşitmə, görüntü, dad, təmas  vasitəsilə formalaşan bir obyekt, yaxud substansiyadır və o, kvant sahəsində - enerji şəklində əbədi olaraq mövcuddur.

 

Yəni insan öldükdən sonra ona məxsus yaddaş fəzada qalaraq, öz təsirini göstərməyə davam edir. Bu, xüsusilə ona yaxın olan insanlar, yəni bir-biri ilə emosional bağlılığı olan qohumları birləşdirən, həmin yaddaşla daha sıx təmasda olan arealda özünü daha güclü təzahür etdirir. Beləliklə, əgər nəsildə bir nəfərdə uşaqbazlıq (gizli şəkildə də ola bilər) olubsa, yaxın qohumların bu enerjinin "cazibəsinə" düşməsi təhlükəsi daha çoxdur. Yuxarıda qeyd etdiyimiz kimi, insanın şüuraltında istənilər fobiyalar gizlin şəkildə yatır. Lakin bu, yaxud digər psixi pozuntu heç də belə asan aşkarlanan və müəyyənləşdirilən məsələ deyil.

 

 

Görünür, elə bu səbəbdən də  manyakal fobiyaların daşıyıcıları bir çox hallarda illərlə gizlin ikili həyat yaşayırlar. İstintaq materiallarında silsilə qətllər törədən, uşaqlara təcavüz edənləri yaxınları və qohumları əsasən  sakit, üzüyola, konfliktsiz adam kimi səciyyələndirirlər. Buna görə də uşaqbazı tanımaq asan deyil.  

 

 
Pedofilliyin səbəbləri kimi əks cinslə yaxın münasibət qura bilməmək, seksual uğursuzluq qorxusu, fərdin psixoloji və ruhi düşkünlüyü, uşaqlıqda aldığı seksual xarakterli travmalar, daxili etirazları, daxili qisas, gizli qalib olmaq hissi və sair göstərmək olar.
Məsələn, uşaq cinsi əlaqənin şahidi olur. Böyüdükcə onun gördüyü səhnədəki obrazlar dəyişmir. O, hələ də uşaqdır və seksual münasibətlər quranda özünə uyğun olaraq uşaqları görür.

 

 

Başqa bir nümunə, uşaqlıqda yaşıdları tərəfindən seksual hərəkətlərə, yaxud təcavüzə məruz qalıb və o, böyüdükcə uşaqlardan qisas almağı qərara alır. Bu günlərdə metroda belə bir səhnənin şahidi oldum. Kənardan orta yaşlarında bir kişi yaşca daha kiçik olan yeniyetmə uşağın başındakı kepkanı tərpədərək ona barmağı ilə "əlasan" işarəsini göstərirdi. Burda kişiyə irad tutmaq üçün heç bir əsas yoxdur və ağbəniz, xoşagəlimli  və qız uşağına bənzəyən bu yeniyetmənin kişidə seksual hisslər doğurduğunu yalnız versiya kimi irəli sürmək olar.

 

 

Bir başqa yanaşma göstərib demək olar ki, uşaqlıqda heyvanlara cinsi təcavüz edənlər də pedofillərə çevrilə bilər. Nəzərə alaq ki, pedofillər zəif, dili olmayan və nəticədə onlardan şikayət edə bilməyənlərə təcavüz edir.

 

 
Qeyd edək ki, pedofil deyəndə nədənsə yalnız kişilər nəzərdə tutulur, amma qadınlar arasında da pedofiliya mövcuddur. Bu günlərdə ABŞ-da 28 yaşlı müəllimə 13 yaşlı şagirdi ilə cinsi münasibətlərinə görə mühakimə olunub.  
İnsanlarla təkbətək söhbətlər zamanı çətinliklə də olsa, uşaqlıqda kişi qohumları və qonşuları, özlərindən böyük qohum uşaqları, qardaşları,  qonşuları tərəfindən ya cinsi təcavüzə, yaxud seksual xarakterli hərəkətlərə məruz qaldıqları məlum olur. Qapalı cəmiyyətlərdə bu haqda məlumatlar aşkarlansa da, gizli saxlanılır, ya da heç aşkarlanmır. Bunun başqa bir səbəbi isə uşaqların nə baş verdiyini anlamamasıdır.

 

 

Burda bir şeyi də qeyd etməyə ehtiyac var ki, uşaqlar onlara qarşı törədilən aktın doğru olmadığını dərk etməyə qadir deyil və hətta baş verənlərdən xoşlana da bilər. Başqa bir səbəb, cəmiyyətimizdə yayğın hala gələn uşaqlarla fiziki təmasın ifrat dərəcədə olmasıdır. Uşaqlara sözlə və fiziki təmaslar lazımdır, lakin bu həddini aşanda fəsadları olur. Uşağı daim qucaqlamaq, öpmək, onun cinsi orqanına toxunmaqla əzizləmək, yaxud diqqəti onun fiziki keyfiyyətlərinə yönəltmək erkən cinsi inkişafı stimullaşdırır. Uşağın bütün diqqəti onun bədəninə cəmləşir, diqqət hara yönəldisə, enerji də ora axır. Seksual tələbat isə insanın ən ibtidai tələbatlarındandır.

 

 
Uşaqları dodaqlarından öpmək də gizli pedofillik əlamətlərindəndir. Amma siz bəzi ailələrdə uşaqları nəinki dodaqlarından, hətta cinsiyyət orqanlarından öpən, onların cinsi orqanını mədh mövzusuna çevirən ana-ata,  nənə-baba və digər qohumlara rast gələ bilərsiniz. Siz buna nə ad qoyursuzsa qoyun, bu, gizli pedofiliyadır və onun şüuraltında uşağa qarşı seksual hərəkətlər normal bir hal kimi qalır. Nəticədə biz daha bir gizlin uşaqbaz ilə bir cəmiyyətdə yaşayırıq.   Gülnara İnanc, kvant psixoloqu Ətrafımızdakı gizli pedofillər kimlərdir?  – PSİXOLOQDAN UŞAQBAZLIQLA BAĞLI TÜKÜRPƏDƏN YAZI
Ətrafımızdakı gizli pedofillər kimlərdir?  – PSİXOLOQDAN UŞAQBAZLIQLA BAĞLI TÜKÜRPƏDƏN YAZI
Ətrafımızdakı gizli pedofillər kimlərdir?  – PSİXOLOQDAN UŞAQBAZLIQLA BAĞLI TÜKÜRPƏDƏN YAZI