Qaraciyəri artıq yağlardan təmizləyən super içkilər – Özün hazırla

  • 2019.03.13 18:56
  • 22051 Baxış
Qaraciyəri artıq yağlardan təmizləyən super içkilər –  Özün hazırla
Qaraciyərin yağlanması indi gəncləşən xəstəliklərdəndir, bu problem getdikcə qaraciyərin normal fəaliyyətinin pozulmasına səbəb olacaq. Qaraciyərin qeydinə gənclik illərindən qalmaq lazımdır. 


Medicina.az qaraciyəri detoks edən, artıq piy və yağlardan təmizləyən 3 effektiv içki reseptini təqdim edir:


1. 1 ədəd limon, 1 bolqar bibəri, 1 yaşıl alma, 1 təzə xiyar – şirəsi çəkilir, dərhal da içilir. Əgər gündə 1 stəkan bu şirədən 12 gün içsəniz orqanizm və qaraciyər toksinlərdən təmizlənəcək. 


2.Limonun yarısının şirəsi, 1 banan, yarım stəkan təzə yaşıl çay – qarışdırılır, içilir. 


3.Yarım fincan su, çay qaşığının ucunda sarıkök, çay qaşığı ucunda zəncəfil, bir limonun şirəsi – blenderdən keçirilir. Həm qaraciyəri, həm bağırsaqları təmizləyəcək. 


Bu içkiləri səhər və günorta için ki, içdikdən sonra hərəkətdə olasız. Həmin gün yağlı yeməklər yeməyin, bol təmiz su için.