QUŞ QRİPİNƏ yeni yoluxma halları aşkar edildi

  • 13 Yanvar, 2018
  • 10909 Baxış
QUŞ QRİPİNƏ yeni yoluxma halları aşkar edildi
Böyük Britaniyanın Kənd Təsərrüfatı Nazirliyi ölkənin cənub-şərqindəki Dorset qraflığında 17 vəhşi quşda H5N6 quş qripinə yoluxmanın yeni hallarını aşkar edib.

Medicina.az publika.az-a istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Məlumata görə, bu, 2017-2018-ci illərdə rast gəlinən ilk haldır. Bu qripin ötən il Çində qeydə alınan yoluxma hallarından fərqləndiyi və insan səhhətinə təhlükə yaratmadığı bildirilir.

Bununla belə, virusun quşlar üçün çox yolxucu və ölümcül olduğu qeyd olunur.

Hakimiyyət orqanları quş fermaları sahiblərinə quşları yenidən qeydiyyatdan keçirməyə və ehtiyat tədbirlərinə riayət etməyə çağırıb.