24 ildir görmədiyi keçmiş ərinə böyrəyini bağışladı - FOTO

  • 2019.11.13 10:12
  • 3525 Baxış
24 ildir görmədiyi  keçmiş ərinə böyrəyini bağışladı -  FOTO

Türkiyəli Lale Oğultürk adlı qadının atdığı
addım eşidənləri təəccübləndirib. Belə ki, o 24 il əvvəl evli olduğu Murad
Gezginoğlu üçün donor olub.


 



Medicina.az xəbər verir ki, onlar 3 il evli
qaldıqdan sonra ayrılıb. Bundan sonra heç bir əlaqələri olmayıb və hər iki şəxs
yenidən ailə həyatı qurub. Lalə bu yaxınlarda bir qohumu ilə danışarkən keçmiş ərinin
böyrək çatışmazlığı olduğunu və donor axtardığını öyrənib.



Dərhal ona zəng vuraraq donor olmaq istədiyini
deyib. Daha sonra edilən analizlərlə böyrək uyğunluğu olub və Lalənin bir böyrəyi Murada köçürülüb. Həkimin dediyinə
görə, hazırda ikisinin də vəziyyəti qaydasındadır.


 



Lalə əməliyyatdan sonra daha da yaxşı hiss
etdiyini vurğulayıb.


 



"Eşidəndə ki, ona böyrək lazımdır bir an belə
düşünmədən yardım etməyi təklif etdim. Mənə elə gəlir ki, yaxşı bir iş görmüşəm
və buna görə enerjim daha da artıb”.

24 ildir görmədiyi  keçmiş ərinə böyrəyini bağışladı -  FOTO