67 əlil reabilitasiya vasitələri ilə təmin olundu

  • 2019.11.06 18:03
  • 2352 Baxış
67 əlil reabilitasiya vasitələri ilə təmin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən bölgələrdə səyyar formada
protez-ortopedik xidmətlərin göstərilməsi davam etdirilir.



 


Nazirlikdən Medicina.az-a verilən məlumata görə, xidmət tərəfindən Balakən, Zaqatala, Qax və
Şəki rayonlarında yaşayan 67 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları
reabilitasiya vasitələri həmin rayonlara aparılaraq təqdim edilib.



 


 


Onlara 6 əlil
arabası, 78 cüt protez ayaqqabı, 1 cüt ortopedik ayaqqabı, 2 ədəd aşağı ətraf
protezi və ortezi, 44 ədəd əsa, 34 cüt dirsəkaltı, 13 cüt qoltuqaltı ağac, 1
ədəd bandaj, 98 ədəd güdül üçün corab, 20 ədəd dizlik, yara əleyhinə 10 ədəd
döşəkcə, 14 ədəd dartıcı elastik boru, 85 ədəd rezin ucluq verilib.


 


Növbəti
mərhələdə İsmayıllı, Qəbələ, Oğuz, Şamaxı və Qobustan rayonlarında yaşayan
əlilliyi olan şəxslərə də səyyar formada protez-ortopedik xidmətlərin
göstərilməsi nəzərdə tutulur.