Alsgeymer xəstəliyinə qarşı yeni dərman test olunur

  • 25 Aprel, 2019
  • 1988 Baxış
Alsgeymer xəstəliyinə qarşı yeni dərman test olunur
Avstraliyada alimlər əsrin bəlası olan və dünyada 50 milyon insanı əhatə edən, getdikcə də artan Alsgeymer xəstəliyinə qarşı yeni dərmanı sınaqdan keçirirlər.
Medicina.az xəbər verir ki, Xanamem adlı yeni preparat stress hormonu olan kortizolun səviyyəsini kəskin aşağı salır. 

Məlumdur ki, məhz bu hormonun mütəmadi yüksəkliyi həmin insanın yaşlandıqda Alsgeymerdən əziyyət çəkməsinə səbəb olur. 

Yeni dərman nəinki artıq xəstələrin vəziyyətini yaxşılaşdıracaq, həmçinin onun inkişafını önləmək qabiliyyətinə malik olduğundan, proflaktika məqsədilə qəbul oluna bilər.

Bu yaxında Çin alimləri Alsgeymer xəstəliyinin müalicəsi üçün qanda xolesterini kontrol edən preparatı sınaqdan keçiriblər.