“Araz” marketdən yağ alan müştəri şoka düşdü – “Çox təhlükəli qidadır” - FOTO

  • 2019.11.11 13:48
  • 10849 Baxış
“Araz” marketdən yağ alan müştəri şoka düşdü – “Çox təhlükəli qidadır” -  FOTO


 


 



"Araz” marketlər şəbəkəsində mənşəyi məlum olmayan, təhlükəli yağlar satılır.


 

Medicin.az xəbər verir ki, bu barədə
BakuPost-a paytaxt sakini Xanım İsrafilova məlumat verib.


Onun sözlərinə görə,
Yeni Suraxanıdakı "Araz” marketdən kərə yağı adıyla aldığı yağı əridərkən
dəhşətli mənzərə ilə rastlaşıb: "Ucuz olduğuna görə hamı kimi mən də bir qutu
"555” yağı aldım. Saxlamaq üçün əridib bankaya yığmaq istəyirdim. Yağı
qaynadanda isə dəhşətli mənzərəylə rastlaşdım, köpükləndi, sonra qaralmağa
başladı... Normal yağ belə olmur. Sonra həmin yağın qalanını mağazaya qaytarıb
pulumu geri aldım”.



 


 


 


Növbəti mağazaya getdikdə həmin yağların satışdan çıxarılmadığını görən
X.İsrafilova şikayət etmək qərarına gəlib:


 


"Mağazanı işlədənlər bu yağın
keyfiyyətsiz, təhlükəli olduğunu bilə-bilə onu satışdan çıxarmayıblar. Ən pisi
odur ki, həmin yağa endirim edərək hamının diqqətini çəkirlər. İndi ən çox
satılan yağ yəqin ki odur... Buna görə də, aidiyyəti qurumları araşdırmaya
dəvət edirəm. Mən yağı qaynatdığım qabları saxlamışam. Kim istəyir gəlib
götürsün, araşdırsın. Təki belə halların qarşısı alınsın. İnsanlarımız mənşəyi
bəlli olmayan qidalarla zəhərlənməsin”.


 


 


 


Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mansur
Piriyev BakuPost-a bildirib ki, ilk iş günündə məsələ ciddi şəkildə
araşdırılacaq. Müştərinin dedikləri təsdiqini tapsa ciddi ölçü götürüləcək.



BakuPost-un əməkdaşlarının araşdırmalarına görə, sözü güdən yağ "Araz” marketlərin
hamısında satılır. Belarusiya istehsalı olan yağın kilosu müştərilərə 2.99
qəpiyə təklif olunur.



Yağın əridilərkən bu vəziyyətə düşməsi nəyin göstəricisidir?



 


Qida eksperti Eyyub Hüseynov BakuPost-a bildirib ki, təmiz kərə yağı
əridilərkən qarala bilməz: "Bu onu göstərir ki, kərə yağı deyil, ya bitki
mənşəllidir speddir”. Ekspert bildirib ki, belə yağların dəqiq mənşəyi
göstərilmədiyindən, onun istifadəsi təhlükəlidir: "Çox vaxt yağların üzərinə
inək şəkli qoyub müştəriləri aldadırlar. Hardasa kiçik bir yerdə isə "Spred
bitki tərkibli yağ” yazırlar ki, məhkəmə çəkiməsi-falan olanda vəziyyətdən çıxa
bilsinlər. Bunlar ağır cinayətdir”.



 


Qeyri-iş günü olduğundan "Araz” marketlər şəbəkəsindn rəsmi cavab almağımız
mümkün olmadı.



 


Məsələ barədə əlavə məlumat verəcəyik.



 

“Araz” marketdən yağ alan müştəri şoka düşdü – “Çox təhlükəli qidadır” -  FOTO
“Araz” marketdən yağ alan müştəri şoka düşdü – “Çox təhlükəli qidadır” -  FOTO
“Araz” marketdən yağ alan müştəri şoka düşdü – “Çox təhlükəli qidadır” -  FOTO
“Araz” marketdən yağ alan müştəri şoka düşdü – “Çox təhlükəli qidadır” -  FOTO